Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
584
19. Allahın bəndəsi (Muhəmməd əleyhissəlam) Ona ibadət etmək (namaz qılmaq) üçün
qalxdıqda (cinlər) az qalmışdı ki, onun ətrafında keçə kimi bir-birinə keçsinlər
(izdihamın çoxluğundan bir-birinin üstünə minsinlər).
20. (Ya Peyğəmbər!) De: "Mən ancaq öz Rəbbimə ibadət edirəm və heç kəsi Ona şərik
qoşmuram!"
21. De: "Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm! (Bunu
ancaq aləmlərin Rəbbi olan Allah edə bilər!)"
22. De: "Məni Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz və mən də Ondan
başqa heç bir sığınacaq tapa bilmərəm!
23. (Mənim əlimdən) Allah dərgahından olanı və Onun göndərdiklərini (Qur’anı və
dini hökmləri) təbliğ etməkdən başqa (heç bir şey gəlməz). Allah və Onun
Peyğəmbərinə asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!"
24. Onlar təhdid olunduqlarını (qiyamətdəki, və ya Bədr vuruşundakı əzabı) gördükləri
zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.
25. De: "Mən sizin qorxudulduğunuz əzabın yaxın olduğunu, yaxud Rəbbimin onun
üçün uzun bir müddət tə’yin edəcəyini bilmirəm!
26. Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz;
27. Bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər
bilər. Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir
mö’cüzə olaraq vəhy yolu ilə qeybdən bə’zi xəbərlər bildirər). Allah onların önündə və
arxasında (mələklərdən ibarət) gözətçilər qoyar ki,
28. (Peyğəmbərlərinin) öz Rəbbinin göndərdiklərini (nə cür) təbliğ etdiyini bilsin (bəlli
etsin). (Allah) onlarda olanların hamısını (peyğəmbərlərin əhvalatını və bütün
əməllərini Öz elmi ilə) ehtiva etmişdir. O, hər şeyi bir-bir sayıb yazmışdır (təsbit
etmişdir)!"
|