Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə568/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   564   565   566   567   568   569   570   571   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

586 



10. (Ya Peyğəmbər!) Onların (Məkkə müşriklərinin) sənə deyəcəklərinə (batil söz və 

iftiralarına) səbr et. Onlardan gözəl tərzdə ayrıl!  

11. (Ayələrimizi) yalan sayan var-dövlət sahiblərini mənə tapşır və onlara bir az möhlət 

ver! (Tezliklə cəzalarına yetişərlər).  

12. Dərgahımızda (onlardan ötrü ağır) qandallar və (alovlu) Cəhənnəm;  

13. Boğaza tıxanıb qalan yemək (zəqqum) və (yandırıb-yaxan) şiddətli əzab vardır!  

14. O gün (qiyamət qopandan) yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar (dağılıb) 

yumşaq qum təpəsinə dönəcəkdir.  

15. Həqiqətən, Biz - Fir’ona peyğəmbər göndərdiyimiz kimi - sizə də (qiyamət günü 

Allahın hüzurunda) şahidlik edəcək peyğəmbər göndərdik.  

16. Fir’on o peyğəmbərə (Musaya) asi oldu və Biz də onu şiddətli əzabla yaxaladıq (həm 

özünün, həm də onunla birlikdə olanları suda boğduq).  

17. Elə isə əgər küfr etmiş olsanız, uşaqları ağ saçlı qocalara döndərəcək gündən 

(qiyamət gününün əzabından) özünüzü necə qoruyacaqsınız?!  

18. (O gün) göy parçalanaraq, (Allahın) və’di yerinə yetəcəkdir.  

19. Həqiqətən, bu (ayələr insanlara) öyüd-nəsihətdir. Hər kəs istəsə, Rəbbinə tərəf bir 

yol tutar! (İbadət və itaətlə Allaha yaxınlaşar!)  

20. (Ya Peyğəmbər!) Həqiqətən, Rəbbin bilir ki, sən (yatağından) qalxıb bə’zən gecənin 

təqribən üçdə ikisini, bə’zən yarısını, bə’zən də üçdə birini namaz qılırsan. Səninlə 

birlikdə olan bir zümrə (yaxın səhabən) də belədir. Gecəni də, gündüzü də ölçüb-biçən 

ancaq Allahdır. O sizin bunu (gecə vaxtlarını və saatlarını) ölçüb saya bilməyəcəyinizi 

(yaxud bütün gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün sizi əfv etdi 

(sizə rüsxət verdi). Qur’andan sizə müyəssər olanı oxuyun. (Allah) bilir ki, içərinizdə 

xəstələr də olacaq, bə’ziləri Allahın lütfündən ruzi axtarmaq üçün (ticarət məqsədilə) 

yer üzünü gəzib dolaşacaq, digərləri isə Allah yolunda vuruşacaqdır (cihada 

gedəcəkdir). Elə isə ondan (Qur’andan) sizə müyəssər olanı oxuyun, namaz qılın, zəkat 

verin və Allah yolunda gözəl (könül xoşluğu ilə) bir borc verin. Özünüz üçün öncə 

(dünyada) nə yaxşı iş görsəniz, Allah dərgahında onun daha xeyirli və daha böyük 

mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmağınızı diləyin. Həqiqətən, Allah 

bağışlayandır, rəhm edəndir!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   564   565   566   567   568   569   570   571   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin