arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
589
olanların və kafirlərin: "Allah bu misalla nə demək istəyir?" - demələri üçün (on
doqquz) etdik. Allah istədiyi kimsəni (haqq yoldan) belə sapdırır və istədiyini də doğru
yola salır. Rəbbinin ordularını özündən başqası bilməz. Bu (vəsf olunan Səqər) insanlar
üçün ancaq bir öyüd-nəsihətdir!
32. Xeyr! (İş heç də bu müşriklərin zənn etdiyi kimi deyildir). And olsun aya;
33. Dönüb-qayıdan (yaxud gündüzün dalınca gələn) gecəyə
34. Və sökülməkdə olan dan yerinə ki,
35. (Cəhənnəm) böyük bəlalardan biridir!
36. (O, Allahın əzabı ilə) qorxudur insanları -
37. Sizdən (yaxşı işlərdə) irəli düşmək, yaxud geri qalmaq istəyənləri!
38. Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!)
39. Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla!
40. Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar;
41. Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə
deyəcəklər):
42. "Sizi Səqərə (Cəhənnəmə) salan nədir?"
43. Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik;
44. Yoxsulu da yedirtməzdik;
45. Batilə dalanlarla birlikdə biz də dalardıq;
46. Haqq-hesab gününü yalan sayardıq.
47. Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)".
48. Şəfaət edənlərin şəfaəti onlara fayda verməz!
49. Onlara nə olub ki, öyüd-nəsihətdən üz çevirirlər (qaçırlar).
Bizim email:
Dostları ilə paylaş: |