Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
597
.
77
.
əl-Mursəlat
(Bir-birinin ardınca göndərilənlər) surəsi
(Məkkədə nazil olmuşdur, 50 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud
küləklərə);
2. And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə);
3. And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;
4. And olsun (haqla batili) ayıranlara;
5. And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-
6. (Mö’minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi
çatdıranlara) ki,
7. Sizə və’d edilən (qiyamət) mütləq vaqe olacaqdır!
8. Ulduzlar sönəcəyi;
9. Göy yarılacağı;
10. Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);
11. Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi
zaman,
Bizim email:
Dostları ilə paylaş: |