arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
599
32. O (hər biri) bir saray boyda qığılcımlar saçar.
33. O (qığılcımlar), sanki sarı dəvə sürükləridir.
34. O gün vay halına (qiyaməti) yalan sayanların!
35. Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər.
36. Onlara üzr istəməyə izin də verilməz.
37. O gün vay halına (qiyaməti) yalan sayanların!
38. Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə
günüdür!
39. (Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa,
Mənə qarşı qurun görək!
40. O gün vay halına (qiyaməti) yalan sayanların!
41. Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,
42. İstədikləri meyvə içində olacaqlar!
43. (Onlara belə deyiləcəkdir: ) "(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla
yeyin-için!
44. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!"
45. O gün vay halına (qiyaməti) yalan sayanların!
46. (Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz
günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)
47. O gün vay halına (qiyaməti) yalan sayanların!
48. Onlara: "Namaz qılın!" - deyildiyi zaman namaz qılmazlar!
49. O gün vay halına (qiyaməti) yalan sayanların!
50. (Bu kafirlər) ona da (Qur’ana da) inanmayandan sonra daha hansı kəlama
inanacaqlar?!
Bizim email:
Dostları ilə paylaş: |