arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
607
13. (Bu Qur’an Allah dərgahında) çox möhtərəm (mö’təbər) səhifələrdə -
14. (Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna
bilməz).
15. (O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan
köçürülür, yaxud o, elçi mələklərə e’tibar edilmişdir).
16. (O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox müt’idirlər.
17. Ölsün (kafir) insan! O nə nankordur!
18. (Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı?
19. (Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi.
20. Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı.
21. Sonra onu öldürüb qəbrə qoydu.
22. Sonra da istədiyi vaxt onu dirildəcəkdir.
23. Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir.
24. İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik).
25. Həqiqətən, Biz yağışı bol yağdırdıq.
26. Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq),
27. Belə ki, orada dən (dənli bitkilər) göyərtdik;
28. Üzüm və yonca;
29. Zeytun və xurma (bağları);
30. (Ağacları bir-birinə) sarmaşan bağçalar;
31. (Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik.
32. (Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!
Bizim email:
Dostları ilə paylaş: |