arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
604
12. Onlar deyirlər: "Elə isə bu ziyanlı dönüşdür (çünki onun arxasında şiddətli bir əzab
durur).
13. (Ey kafirlər! Bu, Allah üçün çətin deyildir). Doğrudan da, o (surun axırıncı dəfə
çalınması) ancaq tək bir dəhşətli səsdir (nə’rədir)!
14. Onlar dərhal (qəbirlərindən çıxıb) dümdüz bir yerdə olacaqlar!
15. (Ya Peyğəmbər!) Musanın hekayəti (söhbəti) sənə gəlib çatdımı?
16. O zaman ki, Rəbbi ona müqəddəs Tuva vadisində belə xitab etdi:
17. "Fir’onun yanına get. Çünki o, (allahlıq iddiasına düşməklə, xalqa zülm etməklə) çox
azmışdır (həddini aşmışdır).
18. Və de: "(Günahlardan) təmizlənmək istəyirsənmi?
19. Səni Rəbbinə tərəf gətirimmi ki, (Ondan) qorxasan?"
20. (Musa gəlib Allahın buyuruğunu Fir’ona ərz elədi) və ona (özünün həqiqi
peyğəmbər olmasına dəlalət edən) ən böyük mö’cüzəni (əsanın dönüb əjdaha olmasını)
göstərdi.
21. Lakin (Fir’on Musanı) təkzib edib (ona) asi oldu.
22. Sonra üb (özünə buyurulanlardan üz döndərərək fitnə-fəsad törətməyə, Musaya
qarşı tədbir tökməyə) tələsdi.
23. Və (ə’yan-əşrafını, bütün təbəələrini) toplayıb (onlara) belə xitab etdi:
24. "Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!"
25. Allah da onu axirət və dünya əzabına giriftar etdi. (Yaxud: Allah ona axırıncı və
əvvəlinci sözlərinin cəzasını verdi).
26. Şübhəsiz ki, bunda (Allahdan) qorxan kimsələr üçün ibrət dərsi vardır.
27. (Ey kafirlər!) Sizi yaratmaq çətindir, yoxsa göyü ki (Allah) onu yaratdı;
28. Qübbəsini ucaltdı, düzəldib nizama saldı;
29. Gecəsini qaranlıq, gündüzünü işıqlı etdi?!
Bizim email:
Dostları ilə paylaş: |