arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
606
.
80
.
Əbəsə
(Qaşqabağını tökdü) surəsi
(Məkkədə nazil olmuşdur, 42 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.
2. Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı.
3. Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə)
təmizlənəcəkdir!
4. Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!
5. (Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə
(dövlətliyə) gəldikdə,
6. Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan).
7. Onun (küfrdən) təmizlənməsindən sənə nə?!
8. Yüyürə-yüyürə sənin yanına gələn
9. Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə,
10. Sən ondan üz çevirirsən!
11. Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir.
12. Kim istəsə, ondan öyüd alar.
Bizim email:
Dostları ilə paylaş: |