arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
614
25. Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir.
26. Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün
yarışsınlar!
27. Ona təsnim (suyu) qatılmışdır.
28. O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər
(qalanlara isə o rəhiq şərabına qatılıb verirlər).
29. Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər.
30. (Mö’minlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz
edirdilər.
31. Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün)
kefləri kök qayıdırdılar.
32. Onlar (mö’minləri) gördükdə: "Doğrusu, bunlar (haqq yoldan) azanlardır!" -
deyirdilər.
33. Halbuki onlara (mö’minlərə) nəzarətçi göndərilməmişdir.
34. Bu gün isə mö’minlər kafirlərə güləcəklər.
35. Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər).
36. Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)
Bizim email:
Dostları ilə paylaş: |