arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
622
8. (O gün) bir çox üzlər sevinəcək;
9. (Dünyadakı) zəhmətindən razı qalacaq;
10. (Dərəcəsi, qədir-qiyməti) yüksək Cənətdə olacaq,
11. Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir.
12. Orada axar bulaq;
13. Orada uca taxtlar;
14. (Çeşmələr kənarında) piyalələr;
15. Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar
16. Və döşənmiş (nəfis) xalılar vardır!
17. Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?
18. Göyə (baxmırlar ki) necə ucaldılmışdır?
19. Dağlara (baxmırlar ki) necə dikəldilmişdir?
20. Və yerə (baxmırlar ki) necə döşədilmişdir?
21. (Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət
verənsən!
22. Sən onların üzərində hakim deyilsən!
23. Lakin kim (imandan) üz döndərib (Qur’anı) inkar etsə
24. Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər!
25. Şübhəsiz ki, onların axır dönüşü Bizədir!
26. Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!
Bizim email:
Dostları ilə paylaş: |