arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
624
13. Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.
14. Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür.
15. İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir ne’mət
versə, o: "Rəbbim mənə ehtiram göstərdi!"-deyər.
16. Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: "Rəbbim məni
alçaltdı (mənə xor baxdı)!" - söyləyər.
17. Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin
haqqını vermirsiniz).
18. Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.
19. Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını
vermirsiniz).
20. Mal-dövləti isə lap çox sevirsiniz.
21. Xeyr! Yer dağılıb parça-parça olacağı;
22. Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı
23. Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün - məhz o gün insan (öz
günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!
24. O: "Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!" -
deyəcəkdir.
25. O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz!
26. (Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz!
27. (Qiyamət günü Allah-təala mö’min kimsəyə belə buyuracaqdır: ) "Ey (öz imanından,
əməlindən və Allahın və’dindən) xatircəm olan kəs! (Və ya: "Ey arxayın nəfs!")
28. Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!
29. (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol!
30. (Onlarla birlikdə) Cənnətimə varid ol!"
Bizim email:
Dostları ilə paylaş: |