Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə609/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   605   606   607   608   609   610   611   612   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

627 



.

91

.  


əş-Şəms

  

(Günəş) surəsi  

(Məkkədə nazil olmuşdur, 15 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta);  

2. And olsun (günəşin) ardınca çıxan aya;  

3. And olsun onu (günəşi) parlaq edən gündüzə;  

4. And olsun onu (günəşi) örtən gecəyə;  

5. And olsun göyə və onu yaradana;  

6. And olsun yerə və onu döşəyənə;  

7. And olsun nəfsə və onu yaradana (ona biçim verənə);  

8. Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,  

9. Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!  

10. Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.  

11. Səmud (qövmü) azğınlığı üzündən (Saleh peyğəmbəri) təkzib etmişdi.  

12. Onların ən rəzili (Allahın bir mö’cüzəsi olaraq qayanın içindən çıxartdığı dəvəni 

öldürməyə) qalxdığı zaman  

13. Allahın peyğəmbəri onlara belə demişdi: "Allahın bu dişi (maya) dəvəsinə 

(toxunmayın), onun su içməsinə (mane olmayın).  

14. Lakin onlar (Salehi) yalançı saydılar və onu (dəvəni) tutub kəsdilər. Rəbbi də bu 

günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi.  



Bizim email:

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   605   606   607   608   609   610   611   612   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin