Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə601/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   597   598   599   600   601   602   603   604   ...   630
86

.  

ət-Tariq

  

(Gecə gələn) surəsi  

(Məkkədə nazil olmuşdur, 17 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)  

2. (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

619 



3. (O, zülməti yaran) parlaq ulduzdur!  

4. Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!  

5. Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!  

6. O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır.  

7. (O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!  

8. Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! -  

9. Bütün sirlərin aşkar olacağı o qiyamət günü;  

10. (O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar!  

11. And olsun yağış sahibi olan göyə;  

12. And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki,  

13. Bu (Qur’an haqla nahaqqı) ayırd edən kəlamdır!  

14. O, oyun-oyuncaq (əyləncə) deyildir!  

15. Həqiqətən, (Məkkə müşrikləri Qur’anın nurunu söndürmək üçün) hiylə qurdular.  

16. Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm.  

17. Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!  

 

 



 

 

 




Bizim email:

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   597   598   599   600   601   602   603   604   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin