arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
602
35. Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər.
36. (Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir -
37. Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən
bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar!
38. Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi
kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!
39. Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə
tərəf qayıdan bir yol tutar!
40. Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün
insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: "Kaş (bu əzabı görməmək
üçün) torpaq olaydım!" - deyəcəkdir.
Bizim email:
Dostları ilə paylaş: |