Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə577/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   573   574   575   576   577   578   579   580   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

595 



8. Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını 

qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.  

9. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) "Biz sizi ancaq Allah rizasından 

ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür 

istəyirik.  

10. Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin dəhşətdən 

eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!"  

11. Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş 

edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir).  

12. Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə 

mükafatlandıracaqdır.  

13. Onlar orada (o cənnətlərdə) taxtlara söykənəcək, orada nə günəş (qızmar isti), nə də 

sərt soyuq görəcəklər.  

14. (Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında 

olacaqdır (istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər).  

15. (Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə 

dolanacaqlar.  

16. Gümüşdən olan (çox şəffaf olduğu üçün bayırından içərisi görünən) elə billur 

(qədəhlərlə) ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə etmişlər.  

17. Orada onlara zəncəfil qatılmış (zəncəfil dadı verən cənnət şərabı ilə dolu) badə də 

içirdiləcəkdir.  

18. (Zəncəfil) orada (Cənnətdə) bir çeşmədir ki, (suyu boğazdan çox rahat keçdiyi üçün) 

Səlsəbil adlanır.  

19. Onların dövrəsində həmişəcavan (xidmətçi) oğlanlar olacaqdır. Onları gördükdə, 

sanki (ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən.  

20. (Orada) hara baxsan, ne’mət və böyük bir mülk görərsən.  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   573   574   575   576   577   578   579   580   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin