Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə576/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   572   573   574   575   576   577   578   579   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

594 



 

 

 



.

76

.  


əl-İnsan və ya əd-Dəhr surəsi

  

(Məkkədə nazil olmuşdur, 31 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! 

(Yaxud insanın elə bir dövrü olub keçmişdir ki, o həmin dövrdə xatırlanası bir şey 

olmasın?! Əlbəttə, olmuşdur. İnsan əvvəlcə mövcud deyildi. Sonra o, yə’ni ulu babamız 

Adəm torpaqdan və sudan yoğrulub insan şəklinə salınmış, ona ruh verilmiş və o, 

həyat sürməyə başlamışdır. İnsanın nə üçün yaradıldığını əvvəlcə nə göy əhli, nə də o 

özü bilirdi. Tədriclə mələklər və o özü nə üçün yaradıldığını anladı).  

2. Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir 

nütfədən yaratdıq. Biz onu (dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha 

itaət edib-etməyəcəyi ilə) imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq.  

3. Biz ona haqq yolu göstərdik. İstər (ne’mətlərimizə) minnətdar olsun, istər nankor (bu 

onun öz işidir).  

4. Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş hazırlamışıq.  

5. Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur qatılmış (şərabla dolu) 

qədəhdən içəcəklər.  

6. O (kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə) 

asanlıqla axıdacaqlar.  

7. Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri 

nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən 

(qiyamət günündən) qoxarlar.  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   572   573   574   575   576   577   578   579   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin