Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
596
21. (Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl
libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab
içirdəcəkdir.
22. (Onlara belə deyiləcəkdir: ) "Bu sizin (dünyada etdiyiniz yaxşı əməllərə görə)
mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur (təqdirəlayiqdir)!"
23. (Ya Peyğəmbər!) Həqiqətən, Biz Qur’anı sənə tədriclə (ayə-ayə, surə-surə) nazil
etdik.
24. Elə isə Rəbbinin hökmünə səbr et və onlardan (Məkkə müşriklərindən) günahkar və
nankor olana boyun əymə!
25. Səhər-axşam Rəbbinin adını zikr et! (Səhər, günorta və ikindi namazlarını qıl!)
26. Gecənin bir qismində Ona səcdə et (axşam, gecə namazlarını qıl) və gecə uzunu da
Onu təqdis edib şə’ninə tə’riflər de! (Təhəccüd namazını qılıb gecəni ibadət içində
keçir!)
27. Həqiqətən, bunlar (Məkkə müşrikləri) tez keçib gedəni (fani dünyanı) sevər, ağır
günə (qiyamət gününə) dal çevirərlər.
28. Onları yaradan da, güclü-qüvvətli edən də (oynaqlarını bir-birinə bağlayan da)
Bizik. Əgər istəsək, onları özləri kimilərlə əvəz edərik.
29. Həqiqətən, bu (surə) bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar
(ibadət və itaətlə Allaha yaxınlaşar).
30. (Ey insanlar! Onu da bilin ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz. (Ancaq
Allah istəsə, istəyə bilərsiniz). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
31. (Allah) istədiyi kimsən Öz mərhəmətinə qovuşdurar. Zalımlara gəldikdə isə, (Allah)
onlar üçün (axirətdə) şiddətli bir əzab hazırlamışdır!
|