arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
592
12. O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!
13. O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada
gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər
veriləcəkdir!
14. Doğrusu, insan özü-özünə şahiddir!
15. O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)!
16. (Ya Peyğəmbər! Cəbrail sənə Qur’an oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək
üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Qur’anı təkrar etmə, yalnız dinlə!)
17. Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir.
18. Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.
19. Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!
20. Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz.
21. Axirəti isə tərk edirsiniz.
22. O gün neçə-neçə üzlər sevinib güləcək,
23. Öz Rəbbinə baxacaqdır!
24. O gün neçə-neçə üzlər tutulub qaralacaq,
25. (Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır!
26. Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi,
27. "(Onu bu bəladan) kim xilas edə bilər?" - deyiləcəyi,
28. (Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı,
29. Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman,
30. Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)!
31. Beləliklə, o (kafir Əbu Cəhl) nə (Qur’anı) təsdiq etdi, nə də namaz qıldı.
Bizim email:
Dostları ilə paylaş: |