Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
567
20. Yaxud bu əsgərləriniz (köməkçiləriniz) kimdir ki, onlar sizi Rəhmanın əzabından
qurtara bilsinlər?! (Bəndələri Allahın əzabından Onun Özündən başqa heç kəs xilas edə
bilməz!) Kafirlər, sadəcə olaraq, aldanmaqdadırlar!
21. Əgər (Allah) Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?! Xeyr onlar (cahillikləri
üzündən) dikbaşlıqdan və (haqqa) nifrət etməkdən (boyun qoymamaqdan) əl
çəkmirlər.
22. Elə isə (küfrü ucbatından) üzüstə sürünən daha haqq yoldadır, yoxsa düz yolda düz
gedən?!
23. (Ya Peyğəmbər!) De: "Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur.
(Allahın ne’mətlərinə) nə az şükür edirsiniz!"
24. De: "Sizi yer üzünə yayıb səpələyən Odur. (Qiyamət günü) Onun hüzuruna
toplanacaqsınız!"
25. Onlar (müşriklər) deyirlər: "Əgər doğru danışanlardansınızsa, (bir xəbər verin
görək) bu və’d (haqq-hesab, cəza) nə vaxt yerinə yetəcəkdir?"
26. De: "Onu bilmək yalnız Allaha məxsusdur. Mən isə ancaq (sizi Allahın əzabı ilə)
açıq-aşkar qorxudan bir peyğəmbərəm!"
27. Kafirlər əzabın yaxınlaşdığını gördükləri zaman üzləri eybəcər kökə düşəcək
(qaralacaq) və onlara: "Sizin (dünyada) istədiyiniz (və həmişə istehza edib
inanmadığınız) əzab budur!" - deyiləcəkdir.
28. (Ya Peyğəmbər! Bu müşriklərə) de: "Bir deyin görək, istər Allah məni və mənimlə
birlikdə olanları məhv etsin, istərsə də bizə bir mərhəmət əta etsin; siz kafirləri şiddətli
əzabdan (Allahın əzabından) kim qurtara bilər?! (Biz ölsək də, qalsaq da, bu sizə heç bir
fayda verməz. Allahın əzabından nicat tapmaq üçün ancaq Onun haqq dininə iman
gətirmək lazımdır!)
29. De: "O bizim iman gətirdiyimiz və təvəkkül etdiyimiz Rəhmandır. Kimin (haqq
yoldan) açıq-aydın azmış olduğunu (tezliklə) biləcəksiniz!"
30. De: "Bir söyləyin görək, əgər suyunuz çəkilib (yerin dibinə) getsə, (Allahdan başqa)
kim sizə axar su gətirə bilər?!
|