Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
94
91. Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz
qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?
92. Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki,
Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Qur’anı açıq-aydın təbliğ etməkdir).
93. İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh
əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis
əməllərdən çəkinib yaxşı işlər gördükləri təqdirdə, (haram edilməmişdən əvvəl)
daddıqları (yeyib içdikləri) şeylərdən ötrü günah tutulmaz. Allah yaxşı iş görənləri
sevər!
94. Ey iman gətirənlər! Allah Özünü görmədən (gizlində) Ondan qorxanları ayırd
etmək (xalqa bildirmək) üçün sizi (ihramda ikən) əllərinizin və mizraqlarınızın çata
biləcəyi (azacıq) bir ovla imtahan edəcəkdir. Bundan sonra həddi aşanı (ov edəni)
şiddətli bir əzab gözləyir!
95. Ey iman gətirənlər! İhramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin.
Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun
cəzası içərinizdən olan iki ədələtli şəxsin hökmü ilə öldürdüyünə bənzər (onun
qiymətinə bərabər) bir heyvanı Kə’bəyə çatası (Kə’bənin yaxınlığında kəsilib oradakı
yoxsullara paylanacaq) qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın
deyə, (öldürdüyü heyvanın dəyəri müqabilində) yoxsullara yedirtmək, yaxud ona
bərabər (hərəsi üçün bir gün olmaq şərtilə yedirəcəyi yoxsulların sayı qədər) oruc
tutmaqdır. Allah keçmişdə olanları bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş
görsə, Allah ondan intiqam alar. Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!
96. Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, (ihramda ikən) dəniz ovu və onu
yemək sizə də, yolçulara (səfərdə olanlara) da halal edildi. İhramda olduğunuz
müddətdə isə quruda ov etmək sizə haram buyuruldu. Hüzuruna toplanacağınız
Allahdan qorxun!
97. Allah Beytülhəram (müqəddəs ev) olan Kə’bəni haram ayı (zülhiccəni), (Kə’bəyə
gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış)
qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol
müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını)
bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!
98. Bilin ki, Allahın əzabı şiddətlidir və Allah bağışlayandır, rəhm edəndir!
|