Quranın təhrİfİnə daİr
İttİhamlara cavab
Vüsal Hüseynzadə
“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr/9)
“O, şübhəsiz ki, yenilməz (qiymətli) bir kitabdır. Nə öncə, nə də sonra batil ona yol tapa bilməz”. (Fussilət/41-42)
Mündərİcat
Giriş 6
Mövzunun əhəmiyyəti 7
İftira və ittihamlar 8
Təhrif nədir? 10
-
Mənəvi təhrif 10
-
Tərtibatda təhrif 10
-
Qiraətdə təhrif 11
-
Artırma təhrifi 11
-
Azaltma təhrifi 11
Birinci fəsil: Şiə kitablarında təhrif hədisləri 12
-
1. Əl-Kafi və təhrif hədisləri 14
-
1. 1. Bütün Quranı mənimsəmək hədisləri 15
-
1. 2. Səhifə, Cifr, Camiə və Fatimə müshəfi 15
-
1. 3. Əlavə təfsirlərin çıxarılması 17
-
1. 4. İmamlarda olan fərqli Quran 20
-
1. 5. Mənəvi təhrif 21
-
1. 6. Quranın üç və ya dörd hissədən ibarət olması 22
-
1. 7. Qiraət fərqləri 23
-
1. 8. Nüsxə yanlışı 24
-
2. Digər hədis kitabları 26
-
3. Mühəddis Nuri və onun kitabı 28
-
4. Quranın təhrifinə dair qeyri-şiə hədisləri 30
-
5. “Abdullah ibn Məsud” problemi 35
-
6. Təhrif mövzusunda Nəsx anlayışı 37
-
7. Təhrifdən ağır iddia: Qəraniq (durnalar) əfsanəsi 45
Yekun söz 47
İkinci fəsil: Şeyx Səduqdan öncəki imam və alimlərin rəyi 48
2. 1. Əhli-beyt imamları 49
2. 2. Şiə alimləri 52
Üçüncü fəsil: Fərqli Quran ittihamı 54
Dördüncü fəsil: Şiə alimlərinin Quranın təhrifi barədə fikirləri 56
4. 1. Əxbariliyə qədərki əsas Şiə alimləri 56
4. 1. 1. Əli ibn İbrahim Qumi (vəfatı: 919) 56
4. 1. 2. Məhəmməd ibn Məsud Əyyaşi (vəfatı: 932) 57
4. 1. 3. Şeyx Kuleyni (864-940) 58
4. 1. 4. Şeyx Səduq (923-991) 59
4. 1. 5. Şeyx Müfid (948-1022) 60
4. 1. 6. Seyid Mürtəza (965-1044) 61
4. 1. 7. Şeyx Tusi (996-1067) 62
4. 1. 8. Əbu Əli Fəzl Təbrisi (1076-1154) 62
4. 1. 9. Əhməd Təbrisi 62
4. 1. 10. Əbülfutuh Razi (1078-1157) 63
4. 1. 11. İbn Şəhr Aşub (1096-1192) 63
4. 1. 12. Seyid Əli ibn Tavus (1193-1266) 64
4. 1. 13. Əllamə Hilli (1250-1325) 64
4. 1. 14. Mühəqqiq Kərəki (1464-1533) 64
4. 2. Əxbari dövrünün əsas alimləri 64
4. 2. 1. Nurullah Şüştəri (1542-1610) 69
4. 2. 2. Şeyx Bəhai (1547-1621) 69
4. 2. 3. Feyz Kaşani (1599-1680) 70
4. 2. 4. Hürr Amili (1624-1693) 72
4. 2. 6. Nurəddin Kaşani (vəfatı: 1703) 73
4. 2. 7. Məhəmməd Qumi Məşhədi (vəfatı: 1713-dən sonra) 73
4. 2. 8. Kaşif əl-ğita (1743-1812) 73
4. 3. Əxbarilikdən sonrakı əsas Şiə alimləri 74
4. 3. 1. Seyid Möhsün Əmin (1867-1952) 74
4. 3. 2. Məhəmmədhüseyn Kaşif əl-ğita (1876-1954) 74
4. 3. 3. Əllamə Əmini (1902-1970) 75
4. 3. 4. Əllamə Təbatəbai (1903-1981) 76
4. 3. 5. İmam Xomeyni (1902-1989) 76
4. 3. 6. Ayətullah Xoi (1899-1992) 76
Yekun söz 77
4. 4. Şiə alimləri tərəfindən Nuriyə qarşı yazılan bəzi kitablar 78
4. 5. Quranın təhrif edildiyini düşünən qeyri-şiə alimləri 79
Beşinci fəsil: Quran təhrifi və təkfir amili 83
5. 1. Qeyri-şiə alimlərinin rəyi 86
5. 2. Şiə alimlərinə təqiyyə ittihamı 89
Altıncı fəsil: Şiə etiqadları və Quran 93
6. 1. Əhli-beyt yolunun dəlilləri 94
6. 2. Sələf yolunun dəlilləri 96
Yekun söz 101
Nəticə 103
Son söz, yaxud qara piar təsadüfdürmü? 105
İstifadə olunmuş ədəbiyyat 107
Gİrİş
İslamın Əhli-sünnə və Şiə firqələri Quranın təhrif olunmadığına dair həmfikirdirlər. Bəzi istisna, ittiham və anlaşılmazlıqları çıxmaq şərtilə bunu onların özləri də qəbul etmiş və edirlər. Hələ hicrətin dördüncü əsrində Əbülhəsən Əşəri (873-935) yazırdı ki, imamət və etizala bağlı olan, yəni ağlı bilik mənbəyi kimi qəbul edən və ya ədaləti üsuli-dinə daxil edən şiələrə görə, Quran nə azalıb, nə ona bir şey əlavə olunub, nə də dəyişikliyə məruz qalıb. (Əşəri Ə. “Məqalat əl-islamiyyin”, 1/47) İmam Rəhmətullah Hindi (1818-1891) yazırdı ki, on iki imamçı şiə alimlərə görə, Quran təhrif olunmamışdır və Quranın azaldığını bildirənlərin sözləri məqbul deyildir. (Rəhmətullah Hindi M. “İzhar əl-Həqq”, 3/928. Təəssüf ki, onun bu cümləsi, həmçinin Quranın təhrif edilmədiyinə dair Şiə alimlərindən gətirdiyi sitatlar Səudiyyə Ərəbistanına aid olan bu çapdan çıxarılmış, lakin onlayn kitabxana tərəfindən faylların haşiyəsinə yerləşdirilmişdir)
Misirin tanınmış Əhli-sünnə alimlərindən olmuş Əbu Zöhrə (1898-1974) özünün “İmam Sadiq” kitabında yazır: “Müsəlmanların yekdil rəyinə görə, Quran İslamın ilk mənbəyi, məxəzlər məxəzi və şəriətinin möhrüdür. Mövcud Quran kitabında onun hamısı var və Allah-Taala onu bu günə qədər qorumuşdur... Aralarındakı elmi əsas fərqlərinə rəğmən, on iki imamçı şiə qardaşlarımızın Qurana baxışı da bütün möminlərin baxışı ilə eynidir”. (Əbu Zöhrə M. “Əl-İmam əs-Sadiq”, 296)
Lakin sonradan meydana çıxıb müsəlmanlar arasında parçalanma yaratmağı qarşılarına məqsəd qoymuş bəzi vəhhabi sələfiləri hansısa uydurma hədislərdən və ya özləri kimi hədispərəst Əxbari alimlərindən bəhanə taparaq Əhli-beyt məzhəbinə iftiralar atmağa başlamış, bu mövzuda əsassız kitablar yazmışlar. Onlar Allah evinin ziyarətindən sui-istifadə edərək yalan və iftira dolu bu kitabları hacılar arasında pulsuz paylayır, şantajla məşğul olur, həmişə olduğu kimi, dini məlumatı zəif olan müsəlmanları sıralarına qatmağa çalışırlar.
Dostları ilə paylaş: |