Proqanimoz. Törədicisi ağciyər soyucusudur. Yumurta şəkillidir., ölçüsü 7,5-13 X 4-8 mm-dir. Bədənin səthi tikancıqlarla örtülüdür. Yumurtaları ovalşəkilli qapaqcıqlıdır. Parazitin son sahibləri və invaziya ocağı bəlğəmlə ( nadir hallarda nəcislə) helmint yumurtalarını xaric ifraz edən insan, pişiklər, itlər, donuzlar və ətyeyən vəhşi heyvanlardır. Ara sahibləri şirin su molyuskalarıdır. Əlavə sahibləri şirin su krabları və xərçənglərdir.