Qurd xəstəlikləri (helmintozlar) və onlara qarşı profilaktiki tədbirlər



Yüklə 48,5 Kb.
səhifə7/8
tarix02.01.2022
ölçüsü48,5 Kb.
#38043
1   2   3   4   5   6   7   8
Qurd xəstəlikləri

mintezol təyin edilir. 3-4 gün dalba-dal gündə 2 dəfə 100 qr dozada vermoks da effekt verir.

Askaridozun profilaktikası sanitariya və müalicə tədbirləri kombinasiyasından ibarətdir.

Trixinellyoz- peroral biohelmintoz, zoonozdur. İnsan natamam bişmiş invaziyalı ət yedikdə yoluxur.

Ət yeyərkən udulmuş trixinella sürfələri sahibin mədəsində və nazik bağırsağında tez kapsuldan çıxır və 1-1,5 saatdan sonra bağırsağın selikli qişasına daxil olur, bir sutka keçəndən sonra cinsi yetkinliyə çatır: 4-5 həftə ərzində sürfələr çoxalır, linfa və qan damar sisteminə keçir, qanla eninəzolaqlı əzələlərə çatır və orada qalır, təkamül dövrünü davam etdirir-böyüyür,spiral kimi qıvrılır və kapsullaşır. İnkişafının 17-18-ci günü sürfələr yeni sahibi üçün invazion olur.

Trixinillyozun əsas əlamətləri göz qapaqlarının və sifətin ödemi, mialgiyalar, qızdırma, qqnda yüksək eozinofiliya sayılır.

Müalicə tiabendazol və mebendazol ilə aparılır. Bu preparatlar parazitin bütün mərhələlərinə təsir göstərir. Müalicəni mümkün qədər tez, invaziyanın ilk 2-3-cü həftəsində başlamaq lazımdır. Tiabendazolu gündə 2 dəfə 5 mq/kq hesabı ilə 10 gün ərzində, mebendazolu isə sutkada 300-400 mq iki həftə təyin edilir.




Yüklə 48,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin