Qvatemalada korrupsiya Əleyhinə 12-ci Beynəlxalq
Konfrans keçirilib
Tədbirdə İTM sədri Qubad İbadoğlu iştirak edib
Noyabrın 15-də Qvatemalada Korrupsiya Əleyhinə 12-ci Beynəlxalq Konfrans öz işinə başlayıb. Konfransa dünyanın 60-dan çox ölkəsindən minə qədər nümayəndə qatılıb. Noyabrın 18-ə qədər davam edən konfransı Qvatemalanın prezidenti Oskar Berger açıb. Konfrans iştirakçılarını salamlayan O.Berger tədbirdə iştirak edən hər kəsi korrupsiya ilə mübarizəyə qoşulmağa çağırıb. Bundan başqa ölkə başçısı korrupsiya ilə mübarizənin əhəmiyyətinə üstünlük verənlərin həmişə qalib gələcəklərinə inandığını vurğulayıb. Tədbirdə Korrupsiya Əleyhinə 12-ci Beynəlxalq Konfransın sədri Justice Barry, Korrupsiya Əleyhinə və Şəffaflıq Naminə Komissiyasının rəhbəri Hugo Maul Figueroa və digərləri də öz çıxışlarında cəmiyyətin ən böyük bəlası hesab edilən korrupsiya ilə mübarizənin vacibliyindən söhbət açıblar. Konfransa dünyanın 60-dək ölkəsindən 1000-dən çox nümayəndə qatılıb. Konfransda Azərbaycanı Prezident Aparatının hüqüq muhafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Aparatının qanunvericilik və hüqüqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyevç Korrupsiya ilə Mübarizə Komissiyasının katibi İnam Kərimov, Prokurorluq yanında Korrupsiya ilə Mübarizə İdarəsinin rəisi Namiq Əsgərov, millət vəkili Bəxtiyar Əliyev, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin sədri Sabit Bağırov, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu, USAİD Azərbaycan təşkilatının nümayəndasi Aynur Yusifova və Ayna-Zerkalo qazetinin müxbiri Nailə İsmayılova təmsil ediblər. Konfrans çərçivəsində Beynəlxalq Şəffaflıq Təşkilatının Təmizlik Mükafatının 2006-cı il üzrə qalibi də açıqlanıb. Mükafatın budəfəki sahibi Perunun tanınmış prokurorlarından biri olan Dr.Ana Cecilia Magallanes Cortez olub. Məlumat üçün deyək ki, bu xanımın apardığı təhqiqat nəticəsində 1500 nəfərlik kriminal qrupa himayədarlıq edən 14 general və ölkənin baş prokuroru həbs edilib.
Dostları ilə paylaş: |