Təkcə bu yaxınlarda bir həftə ərzində
ən azı, 880 miqrant və qaçqın Aralıq dəni-
zini keçmək istərkən dənizdə boğulub. Bu
barədə Birləşmiş Millətlər Təşkilatının
qaçqınlar üzrə agentliyi bildirib. Böyük
Birtaniyanın “The Guardian” media qu-
rumu yazır ki, dənizdə boğulanların sayı
ilə bağlı rəqəm İtaliyaya aparılan sağ
qalmış qaqçınlarla müsahibə nəticəsində
müəyyənləşdirilib.
Birləşmiş Millətlər Təşkilatının qaçqınlar
üzrə agentliyi tərəfindən o da qeyd edilib ki,
bu il dənizi keçmək istərkən boğulan miqrant
və qaçqınların sayı 2510 nəfərə çatıb, ötən
ilin müvafiq dövründə isə bu rəqəm 1855
idi. Bu barədə də BMT-nin sözçüsü Uilyam
Spindler məlumat verib. O bildirib ki, hazır-
da insan qaçaqmalçıları insanları qayıqlara
dolrurur, amma bu zaman bir çox məqamları
qətiyyən nəzərə almırlar: “Bu qayıqlar üzmək
üçün o qədər də yararlı deyil və dənizi keç-
mək üçün bir sıra zəruri göstəricilərə cavab
vermir. Elə buna görə onlar sahildən arala-
nandan az sonra xilasediciləri köməyə çağır-
mağa məcbur olurlar. Xilasedicilər köməyə
tələssələr də, bəzən hər şey çox gec olur”...
Qeyd edək ki, Yaxın Şərqin Suriya, Li-
viya kimi dağılmaqda olan ölkələrində ölüm
və qırğınlardan canını qurtarmağa çalışan
qaçqınların Aralıq dənizində bu cür müəm-
malı və kütləvi şəkildə batması ilə bağlı prob-
lem getdikcə kəskinləşməkdədir. Boğulma
halları ildən-ilə çoxalır və kütləviləşir. Dünya
birliyi və beynəlxalq təşkilatlar isə heç nə ilə
kömək edə bilmir.
Dostları ilə paylaş: |