A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
30 iyun 2016-cы il № 37-40 (9043)
6
“Transneft”: “Sənaye təhlükəsizliyi
tələblərinin pozulması faktlarına görə
11 inzibati işin başlanmasına baxmaya-
raq, vəziyyət daha pisləşib”.
Rusiyanın “Transneft” şirkəti krimi-
nal vəziyyətlə əlaqədar Mahaçqala-No-
vorossiysk marşrutu ilə nəql olunan nef-
tin həcminin azaldığını və Mahaçqala
limanındakı “Daqnefteprodukt” termi-
nalına boşaldılan zaman neftin həcmində
itkilərin qeydə alındığını bildirib.
Şirkətin yaydığı məlumatda bildiri-
lir ki, yaranmış vəziyyət Xəzər neftinin
Rusiya infrastrukturundan keçən ixrac
kanallarının bağlanmasına və mühüm
tranzit kanalının itirilməsinə gətirib çıxa-
ra bilər.
Məlumatda deyilir ki, neftin tankerlərdən
“Daqnefteprodukt” terminalına boşaldılma-
sından sonra yaranan itkilər və problemlərlə
bağlı yük sahiblərindən “Transneft”in ün-
vanına mütəmadi olaraq müraciətlər daxil
olur: “Neftin çənlərə (“Daqnefteprodukt”
terminalının çənlərinə - redaktor.) boşaldıl-
ması zamanı, itkilərin həcmi, qüvvədə olan
normativlərə əsasən, 0,2 faizi keçməməli-
dir. Türkmənistandan yük göndərənlər qeyd
edirlər ki, 2013-cü ildə itkilərin həcmi 0,69
faiz, 2014-cü ildə - 0,84 faiz, 2015-ci ildə -
0,44 faiz, 2016-cı ilin birinci rübündə isə ar-
tıq 1,43 faiz təşkil edib”, - deyə şirkət qeyd
edib.
“Daqnefteprodukt” terminalının çənlərin-
dən neft daha sonra “Çernomortransneft”ə
(“Transneft”ə daxildir) təhvil verilərək ma-
gistral neft boruları sisteminə nəql edilir. La-
kin, 2016-cı ilin mayında Türkmənistandan 5
min ton neft qəbul edən “Daqnefteprodukt”
terminalı həmin həcmi “Transneft”in siste-
minə təhvil verməkdən imtina edib. Hazırda
“Daqnefteprodukt” yükün sahibini terminalın
çənlərində “ölü” qalıqların əmələ gəlməsinə
dair aktı imzalamağa məcbur etməyə çalışır”,
- deyə məlumatda bildirilir.
Bundan başqa, “Transneft” “Daqnef-
teprodukt”dan nefti təhvil alan zaman onun
tərkibində xlorlu duzların konsentrasiya
göstəricilərinin və suyun həddindən artıq
yüksək olduğunu qeydə alıb.
“Yalnız 2016-cı ilin birinci rübü ərzində
“Daqnefteprodukt”un çənlərindən kondisi-
yaya uyğun olmayan neftin qəbulu 16 dəfə
dayandırılıb. 2015-ci il ərzində isə 50-dək
analoji hal qeydə alınıb”, - deyə məlumatda
bildirilir.
“Rostexnadzor” tərəfindən yoxlamalar
keçirilərək, sənaye təhlükəsizliyi tələblərinin
pozulması faktlarına görə 11 inzibati işin baş-
lanmasına baxmayaraq, vəziyyət daha pislə-
şib.
“Nəticədə,
Mahaçqala-Novorossiysk
marşrutu ilə nəql olunan neftin həcmi azalır.
“Lukoyl” 2013-cü ildən Mahaçqala limanın-
dan neftin nəqlini iki dəfə azaldaraq, həcm-
ləri Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə
yönəldib. Türkmənistan istehsalçıları da
Mahaçqala limanından neftin nəqlini dayan-
dırmaq niyyətində olduqlarını bildiriblər”, -
deyə “Transneft”in açıqlamasında bildirilir.
“Daqnefteprodukt” Səhmdar Cəmiyyə-
tindəki kriminal vəziyyət və respublikanın
inzibati qurumlarının fəaliyyətsizliyi, faktiki
olaraq, Xəzər neftinin Rusiya Federasiya-
sının dövlətə məxsus yeganə infrastrukturu
vasitəsilə ixrac marşrutunun bağlanmasına
gətirib çıxarır.
Tranzit kanalının itirilməsi isə neftin po-
tensial həcmlərinin Bakı-Tbilisi-Ceyhan və
Gürcüstan limanlarına yönəldilməsinə gəti-
rib çıxaracaq”, - deyə “Transneft”in açıqla-
masında bildirilir.
Dostları ilə paylaş: