R b a y c a n X z r d n z g m


iyun 2016-cы il   № 37-40 (9043)



Yüklə 24,14 Mb.
Pdf görüntüsü
səhifə8/55
tarix02.01.2022
ölçüsü24,14 Mb.
#2201
1   ...   4   5   6   7   8   9   10   11   ...   55
30 iyun 2016-cы il   № 37-40 (9043)

2

(Əvvəli 1-ci səhifədə)

Dinamik  mövqeləşdirmə  sis-

temi  gəminin  hərəkətvericilərin-

dən  aktiv  istifadə  edərək,  onun 

mövqeyini və kursunu avtomatik 

rejimdə tam nəzarət altında saxla-

mağa imkan verir. DP-2 trenajo-

ru  dəniz  əməliyyatlarında  iştirak 

edən gəmi sürücülərinin hazırlan-

masında çox böyük rola malikdir. 

Bu simulyator dənizçilərə yüksək 

səviyyəli  təlim  keçməyə  imkan 

verəcək.

Daha sonra tədbir iştirakçıları 

Azərbaycan  Xəzər  Dəniz  Gəmi-

çiliyinin  inzibati  binasında  yeni 

yaradılmış  muzey  ekspozisiyası 

ilə tanış oldular. Muzeydə nüma-

yiş etdirilən fotoşəkillər Azərbay-

can  Xəzər  Dəniz  Gəmiçiliyinin 

nəqliyyat və neft donanmalarının 

zənginləşməsi  üçün  Ümummilli 

Liderimiz Heydər Əliyevin danıl-

maz xidmətlərindən, eləcə də Ulu 

Öndərin layiqli davamçısı, möh-

tərəm Prezitentimiz İlham Əliye-

vin  dəniz  nəqliyyatına  qayğı  və 

diqqətindən  bəhs  edir.  Ekspozi-

siyada  həmçinin  Azərbaycanda 

gəmiçiliyin tarixi və inkişafı, hə-

yatını  dənizlə  bağlayan  insanlar 

haqqında materiallar təqdim olu-

nur.  Bu  materialları  daha  geniş 

formatda  muzeydə  quraşdırılmış 

müasir  informasiya  texnologiya-

ları  avadanlığı  vasitəsilə  də  iz-

ləmək mümkündür.

Daha  sonra  dənizçilərin  peşə 

bayramı  münasibətilə  Gəmiçili-

yin  akt  zalında  tədbir  keçirildi. 

Tədbir  Azərbaycan  Respublika-

sının  Dövlət  Himninin  səsləndi-

rilməsi  ilə  başladı.  Azərbaycan 

Respublikasının  Dövlət  Dəniz 

Administrasiyasının  rəisi  Qüdrət 

Qurbanov  dənizçiləri  peşə  bay-

ramları  münasibətilə  təbrik  etdi, 

son illər dəniz nəqliyyatında əldə 

olunan  uğurlardan,  həyata  keçi-

rilən tədbirlərdən söz açdı. Qeyd 

etdi ki, Ümummilli Lider bu çətin 

və  şərəfli  peşə  sahiblərinə  daim 

diqqət  və  qaygısını  əsirgəməyib. 

Dahi  Öndərimizin  başladığı  iş-

ləri onun siyasi varisi, Prezident 

İlham  Əliyev  layiqincə  davam 

etdirir.  Bu  gün  dəniz  nəqliyyatı 

dövlətin  xüsusi  diqqətində  olan 

prioritet sahələrdəndir.

“Azərbaycan  Xəzər  Dəniz 

Gəmiçiliyi” Qapalı Səhmdar Cə-

miyyətinin  sədri  Rauf  Vəliyev 

geniş məruzə ilə çıxış edərək, son 

illərdə aparılan islahatlardan, gö-

rülən işlərdən danışdı. Bildirdi ki, 

Gəmiçiliyin rəhbərliyi qarşıya qo-

yulan  vəzifələri  yerinə  yetirmək 

üçün Xəzərdə və Xəzərdənkənar 

hövzələrdə  rəqabətədavamlı  və 

beynəlxalq  standartlara  uyğun 

dəniz  xidmətləri  göstərən  nü-

fuzlu  və  çevik  gəmiçilik  şirkəti 

qurmaq,  kommersiya  baxımın-

dan səmərəli fəaliyyəti təmin et-

mək,  Azərbaycanın  beynəlxalq 

nəqliyyat və logistika mərkəzinə 

çevrilməsinə  əhəmiyyətli  töhfə 

vermək, gəmiçilik sahəsində yük-

səkixtisaslı yerli kadrların forma-

laşmasına nail olmaq əzmindədir. 

Bu istiqamətdə artıq xeyli iş gö-

rülüb.


“Azərbaycan  Xəzər  Dəniz 

Gəmiçiliyi” Qapalı Səhmdar Cə-

miyyəti yaradıldığı gündən köklü 

islahatlar  və  struktur  dəyişiklik-

ləri aparılıb, maliyyə hesabatları-

nın hazırlanması üzrə beynəlxalq 

standartlara uyğun qaydada, Gə-

miçilikdə  SAP  sisteminin  mo-

dulları  tətbiq  edilib,  Mərkəzi 

Dispetçer  Sistemi,  Elektron  Tə-

chizat  Sistemi,  Vahid  korporativ 

kompyuter  şəbəkəsi  yaradılıb. 

Eyni  zamanda,  gəmilərin  sahillə 

rabitəsinin  optimallaşdırılması 

üçün  tədbirlər  görülüb,  gəmilər-

də  elektron  xəritələr  tətbiq  olu-

nub.Azərbaycan  Xəzər  Dəniz 

Gəmiçiliyi  beynəlxalq  miqyasda 

tanınmış  şirkətlərlə  daimi  əmək-

daşlıq edir. Belə ki, KSƏTƏMM 

(Keyfiyyət,  sağlamlıq,  əməyin 

təhlükəsizliyi  və  ətraf  mühitin 

mühafizəsi)  idarəetmə  siste-

mi  Amerika  Gəmiçilik  Bürosu 

(ABS)  tərəfindən  audit  olunub, 

nəticədə Gəmiçiliyə və onun gə-

milərinə  İSO-9001,  İSO-14001, 

OHSAS-18001  və  İSO-50001 

üzrə 5 illik sertifikatlar, Azərbay-

can Dövlət Dəniz Akademiyasına 

isə  Keyfiyyətin  idarə  edilməsi 

sistemi  (İSO  9001:2008)  üzrə  3 

illik sertifikat təqdim edilib.

“Ernst & Young” şirkəti bey-

nəlxalq  standartlara  uyğun  ha-

zırlanmış  maliyyə  hesabatlarının 

və Davamlı inkişaf haqqında he-

sabatın  auditini  həyata  keçirərək 

müsbət rəy verib, “Fitch Rating” 

şirkəti ilə Gəmiçiliyə kredit rey-

tinqinin  alınmasına  dair  əmək-

daşlıq sahəsində uğurlu iş aparı-

lıb.

Rauf  Vəliyev  Azərbaycan 



Xəzər  Dəniz  Gəmiçiliyində 

Gənclər  və  kadr  siyasətindən, 

AXDG-nin  Xəzərdə  aparıcı 

mövqeyinin qorunub saxlanılma-

sı  istiqamətində  atılan  addımlar-

dan,  Xəzərdənkənar  fəaliyyətin 

bərpası və donanmaların yenilən-

məsindən ətraflı söhbət açdı, qar-

şıda daha əhəmiyyətli vəzifələrin 

durduğunu  vurğuladı.  Qeyd  etdi 

ki, Azərbaycan Xəzər Dəniz Gə-

miçiliyi  ilk  növbədə  dəniz  nəq-

liyyatına  dövlətimizin  dəstəyinə, 

xüsusilə də möhtərəm Prezidenti-

miz İlham Əliyevin daimi diqqə-

tinə  güvənir.  Son  dövrdə  imza-

lanmış  Fərman  və  Sərəncamlar 

strateji  əhəmiyyət  daşıyır.  Belə 

ki,  Xəzər  Dəniz  Gəmiçiliyinin 

inkişaf istiqamətlərinin müəyyən 

edilməsi,  2016-2020-ci  illərdə 

Azərbaycan Respublikasında gə-

miçiliyin  inkişafına  dair  Dövlət 

Proqramının  hazırlanması  ölkə 

rəhbərliyinin  diqqət  mərkəzində 

olmaqla yanaşı, Gəmiçilik qarşı-

sında  qlobal  vəzifələr  qoyur.  Bu 

gün  Xəzər  regionunda  bir  sıra 

irimiqyaslı  beynəlxalq  layihələr 

həyata  keçirilir.  Şərq-Qərb,  elə-

cə  də  Şimal-Cənub  istiqamət-

lərində  nəqliyyat  dəhlizlərinin 

inkişafına  yönəlmiş  bu  layihələr 

–  Bakı-Tbilisi-Qars  dəmir  yolu, 

Azərbaycanla İran arasında dəmir 

yolu xəttinin tikintisi, Xəzərdə ən 

böyük  Bakı  Beynəlxalq  Dəniz 

Ticarət  Limanının  tikintisinin 

yekunlaşdırılması,  Azərbaycanın 

«Viking»  layihəsinə  qoşulma-

sı  Gəmiçilik  üçün  yeni  hədəflər 

müəyyənləşdirir. 

Azərbaycan 

Xəzər  Dəniz  Gəmiçiliyi  qarşıda 

duran  bütün  məqsədlərə  nail  ol-

maq və yeni uğurlara imza atmaq 

üçün tam gücü ilə çalışır.

Çıxışının  sonunda  “Azərbay-

can Xəzər Dəniz Gəmiçiliyi” Qa-

palı Səhmdar Cəmiyyətinin sədri 

Rauf Vəliyev bir daha dənizçiləri 

peşə bayramı münasibətilə təbrik 

etdi,  onlara  işlərində  uğurlar  ar-

zuladı.


Mərasimdə  “Rusiya  Dəniz 

Registri Azərbaycanda” QSC-nin 

sədri Şaban Quliyev və başqala-

rı son illərdə dəniz nəqliyyatının 

inkişafında müşahidə edilən müs-

bət  dəyişikliklərdən  və  müasir 

tendensiyalardan danışdılar.

Əməkdə  fərqlənənlərə  “Də-

nizçi  günü”  münasibəti  ilə  “Də-

niz  Donanmasının  fəxri  işçisi” 

döş nişanları təqdim olundu.

Sonda  tədbir  iştirakçılarına 

Azərbaycan  Xəzər  Dəniz  Gə-

miçiliyinin  fəaliyyəti  və  inkişafı 

haqqında  korporativ  film  nüma-

yiş etdirildi.




Yüklə 24,14 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin