“DƏNİZ”
Hörmətli həmkarlar!
Sizi “Dənizçi günü” peşə
bayramı münasibətilə səmi-
mi-qəlbdən təbrik edir, sizə
uzun ömür, möhkəm cansağlı-
ğı, müstəqil Azərbaycanımızın
tərəqqisi naminə çətin və şərəfli
fəaliyyətinizdə yeni-yeni nailiy-
yətlər arzulayıram.
Möhtərəm Prezidentimiz İl-
ham Əliyevin müvafiq Sərən-
camları ilə 25 iyun - “Dənizçi
günü” peşə bayramının təsis
edilməsi də, “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” Qapalı Səhm-
dar Cəmiyyəti yaranandan sonra
hər il peşə bayramı ərəfəsində
bir qrup dəniz nəqliyyatı işçisi-
nin Vətənin yüksək mükafatları
ilə təltif olunması da sizin fəda-
kar əməyinizin həm də dövlət
tərəfindən layiqincə qiymətlən-
dirilməsinin bariz nümunəsidir.
Ölkə başçısının 2016-cı il
iyunun 24-də imzaladığı Sərən-
camlarla dəniz nəqliyyatın-
da səmərəli əmək fəaliyyətlə-
rinə görə Gəmiçiliyin 9 işçisi
“Tərəqqi” medalı ilə təltif edil-
miş, 1 nəfər “Əməkdar mühən-
dis” fəxri adına layiq görülmüş, 2
nəfərə isə Azərbaycan Respubli-
kası Prezidentinin fərdi təqaüdü
verilmişdir. Bayram sevincimizə
sevinc qatan bu Sərəncamları
Gəmiçiliyin bütün kollektivinin
əməyinə verilən yüksək qiymət
kimi dəyərləndiririk.
Bayramdan ötən bir il kol-
lektivimizin bütün üzvlərinin
eyni məqsəd uğrunda çalış-
ması sayəsində “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyəti üçün uğurlu
oldu. AXDG-nin Xəzərdə apa-
rıcı mövqeyi möhkəmləndiril-
di, Xəzərdənkənar fəaliyyətinin
genişləndirilməsi istiqamətində
mühüm addımlar atıldı. Donan-
malarmız dövlətin dəstəyi ilə
yanaşı, həm də daxili imkanları-
mız hesabına alınan və daha ge-
niş texniki imkanlara malik yeni
gəmilərlə zənginləşdirildi.
Bildiyiniz kimi, Azərbay-
can Xəzər Dəniz Gəmiçiliyinin
xarici sularda fəaliyyəti məhz
Cəmiyyət yaranandan sonra,
2014-cü ildə “Üzeyir Hacıbəyli”
və “Natəvan” gəmilərinin alın-
ması ilə bərpa olunub, 2015-ci
ildən nəqliyyat donanmamızın
“Qaradağ”, “Teymur Əhmədov”
və “Maestro Niyazi” gəmiləri
də Qara və Aralıq dənizlərində
üzür.
Cari ilin aprelində yeni gə-
milərin sevincini yaşadıq.Ru-
siyada inşa edilən və dedveyti
5490 ton olan “Rəsul Rza”, “Şair
Vaqif”, “Şair Sabir”, “Hüseyn
Cavid”, “General Aslanov”,
“Qafur Məmmədov” quru yük
gəmiləri artıq Qara dəniz, Ara-
lıq dənizi və digər hövzələrdə
yükdaşıma əməliyyatlarına cəlb
edilib. Yeni alınan bu teploxod-
ların hesabına Xəzərdənkənar
hövzələrdə işləyən gəmilərimi-
zin sayı 11-ə çatdırılıb.
Aprelin 22-də isə Bakı Gə-
miqayırma Zavodunda “Azər-
baycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin
sifarişi ilə inşa edilən 3 ədəd
80 nəfərlik sərnişin gəmisinin
- “Üfüq”, “Zəfər” və “Turan”ın
istismara verilməsi mərasimi ke-
çirildi. Mərasimdə dövlət başçı-
mızın iştirakı bizə hədsiz sevinc
bəxş etməklə yanaşı, həm də
cavabdeh olduğumuz işlər üçün
məsuliyyət hissimizi qat-qat ar-
tırdı.
Əminəm ki, müstəqil Azər-
baycanı qətiyyətlə daha xoşbəxt
gələcəyə aparan dövlət başçı-
mızın hər sahədə mütərəqqi si-
yasətini dəstəklədiyinizi bundan
sonra da əməli işinizlə sübut
edəcək, müqəddəs üçrəngli bay-
rağımızı yaxın-uzaq ölkələrin
sularında böyük iftixarla dalğa-
landıracaq, yük daşınmasında,
Xəzərdə neft və qaz istehsalında
yüksək dəniz nəqliyyatı xidmət-
ləri göstərilməsində çiyninizə
düşən vəzifələri layiqincə yerinə
yetirəcəksiniz.
Sizə aydın səma, uğurlu
səfərlər arzulayıram.
Dostları ilə paylaş: |