A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
29 fevral 2016-cы il № 9-12 (9015)
Baş redaktor
rasif iman oğlu
taHirov
ünvanımız:
az1003, Bakı şəhəri,
Xanlar küçəsi, 22
teleFonlarımız:
Baş redaktor
(050) 670-33-76
redaktor
(070) 252-39-02
qəzetin təsisçisi:
“azərbaycan Xəzər dəniz
gəmiçiliyi”
qapalı səhmdar
cəmiyyəti
qəzet “dəniz” qəzetinin
kompyuter mərkəzində
yığılmış, səhifələnmiş və
“azərbaycan” nəşriyyatında
çap olunmuşdur
şəhadətnamə: 271
tiraj: 2000
sifariş: 29
8
Zəfər Beynəlxalq İdman Müka-
fatının 2015-ci il qalibləri müəyyən
olunub. “Sportsman” jurnalının təsis
etdiyi mükafat, Azərbaycan Gənclər
və İdman Nazirliyi, Milli Olimpi-
ya Komitəsi və Azərbaycan İdman
Jurnalistlərinin dəstəyi ilə hər il
idman sahəsində fərqlənənlərə verilir.
“Jumeirah Bilgah Beach Hotel”də
keçirilən tədbirdə idmançılar, idman
mütəxəssisləri, ictimaiyyət nümayən-
dələri, iş adamları, eləcə də incəsənət
xadimləri iştirak edirdilər.
Qeyd edək ki, 2007-ci ildən təqdim
edilən Zəfər Mükafatı, özünün 9 illi-
yində beynəlxalq status qazanmağı da
bacarıb. Beynəlxalq İdman Jurnalist-
ləri Assosiasiyasının üzvü (AİPS) olan
“Sportsman” jurnalı, məhz bu təşkila-
tın baş katibini, əslən maltalı olan Çar-
li Kamenzulini “İdmanın təbliğindəki
xidmətlərinə görə” nominasiyasına la-
yiq görüb. Cənab Kamenzuli AİPS-in
Qətərdə keçirilən toplantısında iştirak
etdiyi üçün bu tədbirə qatıla bilməyib.
Lakin, həmin toplantıda Azərbaycanı
təmsil edən AİJA prezidenti Eldar İsma-
yılov mükafatı sahibinə çatdırıb.
Tədbirdə iştirak edən Azərbaycan
Gənclər və İdman nazirinin müavini
İsmayıl İsmayılov qonaqları salamla-
yaraq, ölkə idmanının uğurlarından da-
nışdı. O, 2015-ci ildə idmançılarımızın
beynəlxalq arenada qazandıqları nailiy-
yətləri qeyd edərək, ilk Avropa Oyunla-
rının Bakıda keçirilməsinin yaddaqalan
hadisə olduğunu dedi: “Ötən il ölkəmiz
mötəbər turnirə evsahibliyi etdi. Birinci
Avropa Oyunları paytaxtımızda yük-
sək səviyyədə keçirildi. İdmançılarımız
uğurlu çıxış edərək, azarkeşlərə böyük
qələbələr bəxş etdilər. Əldə olunan
nailiyyətlər ölkə rəhbərliyinin idma-
na göstərdiyi diqqət və qayğının bariz
nümunəsidir. İdmançılar və mütəxəs-
sislərlə görüşlər zamanı Azərbaycan
Prezidenti, Milli Olimpiya Komitəsinin
prezidenti İlham Əliyevin bu sahəyə nə
qədər diqqət göstərdiyinin şahidi olu-
ruq”.
İsmayıl İsmayılov “Sporstman”ın
ölkə idmanındakı rolunu xüsusi qeyd
edərək, yaradıcı kollektivə gələcək fəa-
liyyətində uğurlar arzuladı: “Uzun illər-
dir fəaliyyət göstərən jurnal öz dəsti-xət-
ti ilə idman mediasında yerini tutub.
Ənənəvi təşkil olunan Zəfər mükafatı
“Sportsman”ın uğurudur. Mən bu işdə
nəşrin kollektivnə uğurlar arzulayıram”.
Bundan sonra qaliblərin mükafat-
landırılması mərasimi başlanıb. Tədbi-
rin rəsmi hissəsindən sonra qonaqlar,
şux musiqi sədaları altında mətbəximi-
zin ləziz təamlarından dadıblar.
Vidadi Baxşiyev
ZƏfƏr
BEynƏlxalQ idman mükafaTı
2015
* İlin idmançısı
* İlin əzmkar idmançısı
* İlin məşqçisi
* İlin idman hakimi
* İlin federasiyası
* Ilin idman klubu
* İlin Fitnes Klubu
* İlin idman həkimi
* İlin idman nəşri
* İlin idman jurnalisti
* İlin idman avtomobili
* İdmanımızın gələcəyi
* Azərbaycanın təbliğindəki xidmətlərinə görə
* Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə
* Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə
* Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə
* Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə
* Qarabağ cins atlarının qorunması və artırılmasındakı xidmətlərinə görə
* İdmanın təbliğindəki xidmətlərinə görə
* İdmanın təbliğindəki xidmətlərinə görə
İlham Zəkiyev
Elvin İsmayılov
Rəhman Hətəmov
Fuad Aslanov
Azərbaycan Güləş Federasiyası
“Zirvə” İdman Klubu
VİTRFİTNESS
Rəşad Mahmudov
“İdman” qəzeti
Rasim Mövsümzadə
Nissan Maxima
Hacaloğlu Ayşə Sevgi Ayxan qızı
Rasim Məmmədov
Abel Məhərrəmov
Yaşar Bəşirov
Naiq Məmmədhəsənov
Elnur İsayev
Yaşar Quluzadə
Çarli Kamenzuli
Kristof Mousset
QaliB nOminanTlar