R. F. Sadiqov bunu hər bir azəRİ TÜRKÜ BİLMƏLİDİR (Azərbaycan tarixinin qısa şərhi) Bakı-2008 Elmi redaktor



Yüklə 223,5 Kb.
səhifə14/38
tarix02.01.2022
ölçüsü223,5 Kb.
#2416
1   ...   10   11   12   13   14   15   16   17   ...   38
Oğuz (boylar, qəblələr) dövləti

Dövlət 24 boydan ibarət olub, Xəzər dənizinin şərqindən Ceyhun (Amudərya) çayına qədər ərazidə yerləşmişdir. Mərkəzi Yenikənd şəhəri olmuşdur. Dövlətin ərazisində islam dini 950-ci ildən yayılmış, XII əsrdən isə hakim din olmuşdur. X əsrdən oğuzlar türkmən adlandırılmışlar.

661-ci ildə Xilafətdə Əməvilər hakimiyyətə gəldilər. Cavanşir şəraiti nəzərə alaraq Şam şəhərinə gəldi və I Müaviyyə ilə sülh bağladı. Sülhə görə Cavanşir xərac verməli idi. Lakin xəlifə güzəştə getmədi, səbəbi Albaniyanın coğrafi mövqeyi və Cavanşirin şəxsi nüfuzu olmuşdur.

Lakin ərəblər Albaniyaya toxunmadan digər Azərbaycan ərazilərini tutdular. Bizanspərəst feodallar Cavanşirə sui-qəsd edib 681-ci ildə onu öldürdülər. Cavanşirdən sonra əvvəl xəzərlər, sonra 705-ci ildə ərəblər Albaniyanı tutdular və Cavanşirin varisi Varaz Trdatı Şam şəhərində edam etdilər. Azərbaycanın həm şimalında, həm də cənubunda islam dini yayıldı.

748-ci ildə Azərbaycan ərazisində ərəb soyğunçuluğuna və vergi siyasətinə qarşı üsyan başladı. Beyləqanda başlayan üsyan Bərdədə, Ərdəbildə yatırıldı. Üsyana yerli feodallar başçılıq edirdilər.

Hərəkatların ən böyüyü Xürrəmilər (Pəhləvi dilində “əbədi od” deməkdir) hərakatı idi. Tarixdə ilk dəfə qırmızı bayrağı onlar qaldırmışlar. Xürrəmilərin ilk çıxışı 778-ci ildə, ikincisi isə 808-ci ildə olmuşdur.

816-cı ildə Cavidanla Əbu İmranın çəkişməsi onların ikisinin də ölümü ilə nəticələndi və Babək 18-yaşında Xürrəmilərin rəhbəri oldu. (Babək 798-ci ildə Ərdəbildə anadan olmuşdur).

819-cu ildə Babək ilk dəfə olaraq ərəblər üzərində qələbə çaldı. Sonra Şəki, Qarabağ, Bərdə və Beyləqanı ərəblərdən azad etdi. 829-cu və 830-u ildə Babək ərəblər üzərində daha iki uğurlu qələbə qazandı. Sonra ərəblər məcbur olub Bizansla müharibəni dayandırdılar və diqqəti Babəkə yönəltdilər. Türk əsilli ərəb sərkərdəsi Afşin Babəkə ağır zərbələr vurdu və xürrəmilərə sülh təklif etdi. Babək bunu xəyanət hesab etdi və sülhü qəbul etmədi. 937-ci ildə Afşin Bəzz qalasını tutdu. Babək qaçıb Arana gəldi. Ərəblər onun başına 2 milyon dirhəm qoymuşdular. Babək Şəki qalasının sahibi Səhl İbn Sumbatın xəyanəti ilə ələ keçirildi. 837-ci ildə Afşin Babəki Samirə şəhərinə Xəlifə Mötəsimin yanına yola saldı. Babək 838-ci ildə martın 14-də edam edildi.

Həmçinin VII-VIII əsrlərdə “Dədə Qorqud” dastanı yayılmağa başladı. “Kitabi-Dədə Qorqud” dastanının dili təmiz türk dilidir. Bu dastan 4530 sözdən ibarətdir ki, bunların da 4044-ü (90%-ə yaxını) türk sözüdür.


Yüklə 223,5 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin