Bu kitabçanın tərtib olunmasında əsas məqsəd Azərbaycan tarixi haqqında oxuculara qısa məlumat verməkdən ibarətdir. Çünki bir çoxları Azərbaycan tarixini bilməməsini “Azərbaycan tarixi” kitabının həcminin çox olması, həmçinin bunları öyrənmək üçün vaxtın az olması ilə əlaqələndirirlər. Bəziləri isə bəhanə gətirirlər ki, orta məktəbdə oxumuşuq, yadımızdan çıxıb. Amma cəmi 33 səhifədən ibarət bu kitabçanı oxuyub öyrənmək üçün vaxt tapmaq heç də müşkül məsələ deyildir. Deməli, bu kitabça bütün giley-güzarlara son qoyur. Yəni özünü azəri türkü hesab edən hər bir vətəndaş öz tarixini bilməlidir.
Öz tarixini bilmək hər bir kəsin müqəddəs borcudur.
R.F.Sadıqov: Bu kitabçanı anam Suriyyə İsmayıl qızı Sadıqovanın 60 illik yubileyinə ithaf edirəm.