6.2.Təşkilatın mikro və makro mühiti
Təşkilatın mühiti dedikdə, həmin təşkilatın fəaliyyət
dairəsində potensial təhlükələrin qarşıya çıxan qorxusunu
127
izləyən sahələrin və yarım sahələrin məcmusu başa düşü-
lür.
Mühit firma və onun fəaliyyəti üçün olduqca önəmli
sahədir. Firmanın mühiti xarici və daxili mühitdən ibarət-
dir. Xarici mühit amilləri nəzarət oluna bilən və nəzarət
oluna bilməyən amillərdən ibarətdir. Nəzarət oluna bilən
amillər menecerlərin və marketinq xidməti işçilərinin öz-
ləri tərəfindən müəyyən olunur. Nəzarət oluna bilməyən
amillər isə ətraf mühit amilləri ilə əlaqədardır. Xarici mü-
hit amilləri makro və mikro mühitdən ibarətdir.
Makromühitə demoqrafik, iqtisadi, təbii, elmi–texni-
ki, siyasi, mədəni və s. mühit amillərini misal göstərmək
olar. Mikromühitə istehsalçılar, malgöndərənlər, alıcılar,
rəqiblər, ünsiyyət auditoriyaları və s. aiddir.
- firmanın demoqrafik mühiti–əhalinin sayının, yaşı-
nın, cinsinin, yaşayış sıxlığının, məşğulluq növünün müəs-
sisənin fəaliyyətinə təsiri ilə əlaqədardır.
- iqtisadi mühit isə ölkə iqtisadiyyatı və onunla əla-
qədar bir sıra göstəricilərdən ibarətdir. Məsələn bura ölkə-
nin iqtisadi potensialı, milli gəlirin, ümumdaxili məhsulun
həcmi, ölkənin tədiyyə balansı, inflyasiyanın səviyyəsi,
milli valyutanın kursu və s. aid edilir.
- təbii mühit dedikdə, təbii resursların məcmusu başa
düşülür. Bura hava, su, meşə və ərzaq məhsulları, neft və
qaz, kömür və s. kimi enerji resursları aiddir. Ətraf mühi-
tin çirklənməsi, yağıntılar, çovğun, tufan, daşqınlar, zəlzə-
lə təbii mühitin mənfi təsirləridir.
- elmi–texniki mühit genişlənən rəqabət meydanında
müəssisə və təşkilatların fəaliyyətinə təsir edən əsas amil-
lərdəndir. Elm və texnologiyanın inkişafı, bu sahədə yeni-
liklərin durmadan artması, müəssisə və təşkilatları elmi-
128
texniki tərəqqinin nailiyyətlərindən istifadəyə sövq edir.
Çünki elmi-texniki mühit yeni texnikadan və texnologiya-
dan istifadə olunması, yeni və mükəmməl əmtəələrin is-
tehsalı üçün mənbə hesab edilir.
- siyasi mühit dedikdə, ölkədəki siyasi sərbəstlik, ob-
yektiv və humanist qanunların mövcudluğu, dövlət struk-
turları ilə müəssisə və təşkilatlar arasında obyektiv və şəf-
faf idarəetmə münasibətlərinin mövcudluğu başa düşülür.
- mədəni mühit dedikdə, cəmiyyətin maddi və mənə-
vi dəyərləri, rəftar və davranış normaları, sosial institutlar,
insanın insana münasibətləri və s. başa düşülür. İnsanların
mənəviyyatı, onların cəmiyyətə, təbiətə, kainata baxışları
da mədəni mühit amilləridir.
Daxili mühit amilləri əsasən sahibkar və səhmdarlar-
dan, müəssisədə çalışan işçi qüvvəsindən, idarəedicilərdən,
təchizatçılardan, marketoloqlardan ibarətdir.
Sahibkar və səhmdarlar dividend əldə etmək məq-
sədi ilə müəssisəyə sərmayə qoyan şəxslərdir. Buna görə
də onlar müəssisənin mənfəətlə işləməsinə çalışırlar.
Əgər fəaliyyət qazanclı olmursa, onlar ya müəssisə-
nin fəaliyyət problemini dəyişir, ya fəaliyyəti dayandırır,
ya paylarını götürür, ya da müəssisəni satırlar.
Müəssisədə çalışan işçi qüvvəsi sərf etdikləri əməyin
əvəzində əmək haqqı tələb edirlər. Bununla bərabər sosial
müdafiə, hüquqların qorunması, işin daimi olması, yüksək
əmək haqqı onların diqqət mərkəzində dayanır.
İdarəedicilər müəssisənin inkişafında, onun fəaliyyət
əldə etməsində rol oynayan əsas subyektlər hesab edilirlər.
Fəaliyyət istiqamətlərinin seçilməsində, mənfəətin əldə
edilməsində, müəssisənin rəqabət qabiliyyətinin möhkəm-
ləndirilməsində, müəssisənin davamlı inkişafında, bazarın
129
ələ alınmasında, alıcıların və istehlakçıların rəğbətinin
qazanılmasında onların rolu və xidmətləri böyükdür.
Müəssisə və təşkilatların daxili mühit amillərinə əsas
və dövriyyə vəsaitlərini, onun maliyyə imkanlarını aid
etmək olar. Əsas vəsaitlərə istehsal binalarını, inzibati və
yardımçı sahə tikililərini, maşınları, dəzgah və avadanlıq-
ları aid etmək olar. Dövriyyə vəsaitlərinə xammal və ma-
terialları, yarımfabrikatları, yanacaq və enerji resurslarını
misal göstərmək olar. Müəssisənin maliyyə imkanlarına
hesablaşma hesabında, xəzinədə olan pul vəsaitlərini, de-
bitor və kreditor borcların, cəlb edilmiş bank kreditlərinin
həcmi, nizamnamə kapitalının səviyyəsini və s. aid etmək
olar.
6.3. SWOT və QETS modeli
Strateji idarəetmə ətraf mühitin öyrənilməsini və da-
xili amillərin dəyərləndirilməsini, ətraf mühitin daxili mü-
hitlə əlaqələndirilməsini vacib sayır. Bu zaman xarici mü-
hit amilləri öyrənilməli, araşdırılmalı, onların təsir dərə-
cəsi müəyyən olunmalıdır.
Düzgün strategiyanın müəyyənləşdirilməsi rəhbərlə-
rin müdrik siyasətinin nəticəsidir. Rəhbərlərin müdrikliyi
gələcəkdə baş verə biləcək problemlərin qabaqcadan
müəyyən olunması, onların aradan qaldırılması və ya mən-
fi təsirlərinin azaldılması ilə qiymətləndirilir.
Strategiyanın müəyyən olunması strateji təhlillərin
aparılmasını tələb edir. Təhlillər bütün amilləri və gedən
dəyişiklikləri əhatə edir. Bu cür təhlillər marketinq fəaliy-
yəti sferasına aid olub, strateji məqsədlər naminə aparılır.
Marketinq strategiyası uzun müddətli satış fəaliyyətini hə-
130
yata keçirmək, müəssisənin rəqabət qabiliyyətini artırmaq,
bazarda mövqeləri gücləndirmək və əldə saxlamaq məqsə-
di daşıyır. Bu cür məqsədlərə nail olmaq naminə atılacaq
addımları müəyyən etmək üçün təhlillərin aparılması va-
cibdir. Həmin təhlillər aşağıdakı parametrlər üzrə aparılır:
1. Məhsul bazarın tələbinə cavab verirmi?
2. Məhsulun qiyməti rəqiblərin qiymətinə nisbətdə
hansı səviyyədədir?
3. Müəssisədə innovasiya, yeni texnika və texnologi-
yadan istifadə olunurmu?
4. Mövcud avadanlıqların durumu hansı səviyyədə-
dir?
5. Müəssisədə səmərəli planlaşdırma mövcuddur-
mu?
6. Ölkədə material ehtiyatı kifayət qədərdirmi?
7. Əmək kollektivi, onun əmək qabiliyyəti, bacarığı,
təcrübəsi, səriştəsi, sosial vəziyyəti hansı səviyyədədir?
8. Rəqiblərin bazara və müəssisələrə yeniliklər reak-
siyası nə səviyyədədir və s.
Strateji təhlillərin SWOT və GETS formaları geniş
yayılmışdır.
SWOT və GETS təhlilləri strateji araşdırma prose-
sində, strateji planların tərtib edilməsi zamanı aparılan təh-
lil üsüllarıdır. Bu cür təhlil üsulları müəssisənin strateji
fəaliyyətində ona təsir edən amillərin müəyyən olunması
və ətraf mühitə uyğunlaşması ilə əlaqədardır.
SWOT təhlil üsulu həm daxili, həm də xarici mühit
amillərini öyrənir, onların müsbət və mənfi təsirlərini
müəyyən edir. SWOT təhlilinin adı 4 sözün baş hərflərin-
dən ibarətdir. Strenght (güclü), weakness (zəif), oppotuni-
ties (imkanlar), threats (təhlükələr). Bu təhlil metodu adın-
131
dan göründüyü kimi aşağıdakı suallara cavab verir:
1. Biz öz güclərimizdən necə istifadə etməliyik?
2. Bizim zəif tərəflərimiz hansılardır və onları necə
inkişaf etdirməliyik?
3. Ətraf mühitdəki imkanlardan necə bəhrələnmək
lazımdır?
4. Baş verə biləcək təhlükələri necə dəf etməliyik?
Bu suallara cavab verməklə təşkilat özünün daxili
imkanlarını araşdırır, müəyyən edir, onları fəaliyyət pro-
sesində səmərəli istifadəyə yönəldir. Bu üsulla müəssisə
zəif həlqələri aşkar edir. Onları rəqiblərin həmlələrindən
qoruyur, inkişaf etdirmək üçün yollar axtarır. Bundan baş-
qa ətrafda olan imkanları dəyərləndirir, onların cəlb edil-
məsi və istifadə edilməsi yollarını axtarır. Daha sonra risk-
ləri müəyyən edir, hesablayır, onlardan azad olmaq haq-
qında düşünür.
GETS təhlili də adından göründüyü kimi 4 sözün
baş həriflərinin birləşməsindən ibarətdir. Government
(dövlət), economy (iqtisadiyyat), technology (texnologi-
ya), society (cəmiyyət). Bu təhlil metodunda araşdırılan
amillər xarici amillərin məcmusundan ibarətdir.
Burada dövlət dedikdə, dövlət inhisarçılığının səviy-
yəsi, ölkədə qanunların sosial-iqtisadi məzmunun səviy-
yəsi və dövlət təşkilatlarının ölkənin iqtisadi həyatında
rolu başa düşülür.
İqtisadiyyat dedikdə, iqtisadi amillərin təsiri başa
düşülür. Məsələn ölkədə iqtisadi inkişafın, inflyasiyanın,
bazarda qiymətlərin səviyyəsi, milli valyutanın məzənnəsi
və s.
Texnologiya dedikdə, elm və texnikanın inkişafı, el-
mi–texniki tərəqqinin nailiyyətlərinin istehsalata tətbiqi,
132
yeni texnologiyalardan istifadə olunması, innovasiyaların
tətbiqi və s. başa düşülür. Çünki sadalanan bu amillərin
tətbiqi müəssisəyə uğur gətirər. Lakin bu sahədə rəqiblər
bizi qabaqlayarsa, o zaman nəticə ürəkaçan olmaz.
Cəmiyyət dedikdə, insan resursları, cəmiyyətin tələ-
batı, maraqları, onların sosial səviyyəsi, sosial tərkibi, alı-
cılıq qabiliyyəti və s. başa düşülür.
6.4. Risklər və onların idarə edilməsi
Risk dedikdə, fəaliyyətin itki və ya zərərlə nəticə-
lənməsi qorxusu (təhlükəsi) başa düşülür. Risk iqtisadi
təhlilin və proqnozlaşdırmanın obyektidir. İdarəetmə təc-
rübəsi göstərir ki, riski idarə etmək və tənzimləmək müm-
kündür. Buna görə də, öncə risklərin öyrənilməsi və təhlil
olunması vacibdir.
Riskləri öyrənmək üçün onu qruplaşdırmaq və təs-
nifləşdirmək lazımdır. Riskləri aşağıdakı kimi təsnifləşdir-
mək olar.
1. Təbii risklər. Bunlara zəlzələ, tufan, daşqın, suna-
mi, meşə yanğınları, epidemiya və s. aiddir.
2. Siyasi risklər. Bunlara hərbi münaqişələr, mühari-
bələr, inqilablar, müsadirələr, milliləşmə və s. aiddir.
3. Nəqliyyat riski. Bura reyslərin təxirə salınması,
nəqliyyatda qəzaların baş verməsi, gediş haqlarının qaldı-
rılması və s. aiddir.
4. İqtisadi risklər. Bura əmlak, istehsal, ticarət və
maliyyə riskləri aiddir.
Əmlak riskinə əmlak hüququnun itirilməsi, əmlakla
bağlı təxribatçılıq və qəza hallarının baş verməsi aiddir.
İstehsal riskinə texniki avadanlıqların xarab olması
133
və sıradan çıxması, texnikanın mənəvi və fiziki aşınmaya
məruz qalması və s. aiddir.
Ticarət riskləri göndərilmiş malların gəlib çatmama-
sı, yola salınmış malın dəyərinin alıcı tərəfindən ödənil-
məsindən imtina olunması, malların xarab olması, malla-
rın saxlama müddətinin ötməsi, malların qiymətinin dəyiş-
məsi, istehlakçıların alıcılıq qabiliyyətinin aşağı düşməsi,
əmtəəyə olan tələbatın aşağı düşməsi və s. aiddir.
Maliyyə riski dedikdə isə, pul vəsaitlərinin itkiləri ilə
əlaqədar risklərdir. Maliyyə riskləri ölkə səviyyəsində və
müəssisə səviyyəsində (mikro və makro səviyyədə) baş
verir. Ölkə səviyyəsində (makro səviyyədə) maliyyə risk-
ləri pulun inflyasiyası, deflyasiyası, valyuta məzənnəsinin
dəyişməsi ilə əlaqədar risklərdir.
Mikrosəviyyədə maliyyə risklərinə müəssisələr ara-
sında maliyyə hesabatlarının başa çatmaması, debitorun if-
lasa uğraması, büdcə və qeyri-büdcə təşkilatlarına ödənil-
məli olan vəsaitlərə gecikmə faizlərinin hesablanması,
kreditlərin geri qaytarılması halları ilə əlaqədar risklərdir.
Riskin baş verib-verməməsi sahibkarın iradəsindən
asılı ola və olmaya bilər. Risklər baş vermə ehtimalına gö-
rə qarşısı alınan və qarşısı alınmaz risklərə bölünür.
Qarşısı alınan risklərin baş verməməsi müəssisə rəh-
bərlərinin iradəsindən asılı ola bilər. Məsələn əmlak risk-
lərində qəza, təxribatçılıq risklərinin, istehsal risklərində
istismar şərtlərinə əməl etməməyə görə texnikanın sıradan
çıxması riskinin, ticarət risklərində malların xarab olması,
saxlanma müddətinin ötməsi ilə əlaqədar risklərin baş
verməsinin qarşısının alınması müəssisə rəhbəri tərəfindən
mümkündür. Lakin təbii, ekoloji, siyasi, nəqliyyat
risklərinin və bir sıra iqtisadi risklərin müəssisə tərəfindən
134
qarşısının alınması təşkilatın rəhbərliyi tərəfindən müm-
kün deyildir. Qarşısı alınması mümkün olmayan iqtisadi
risklərə isə alıcıların istehlak və alıcılıq qabiliyyətinin aşa-
ğı düşməsi, bazarda qiymətlərin dəyişməsi, inflyasiya və
valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar risklər
aiddir.
Qarşısı alınması mümkün olmayan riskli halların qa-
baqcadan proqnozlaşdırılması və onların müəssisənin fəa-
liyyətinə təsirinin azaldılması və ya “sıfra” endirilməsi
idarəetmənin əsas vəzifələrindən biridir. Riskli hal baş
verdiyi təqdirdə müəssisə rəhbəri problemin aradan qaldı-
rılması üçün operativ tədbirlərin həyata keçirilməsini tə-
min etməlidir. Bu cür tədbirlər operativ planlarda öz əksi-
ni tapmalıdır. Risklərin idarə olunması strateji, taktiki, cari
və operativ planlaşdırma ilə həyata keçirilir.
Fəaliyyət istiqamətlərinin və strateji məqsədlərin
düzgün seçilməsi, təsərrüfat əlaqələri üçün təsərrüfat sub-
yektlərinin düzgün müəyyənləşdirilməsi, strateji dövrlərdə
baş verə biləcək riskli halların düzgün proqnozlaşdırılma-
sı, bu cür halların aradan qaldırılması və qarşısının alın-
ması üçün tədbirlərin müəyyənləşdirilməsi strateji planlaş-
dırma ilə bağlıdır. Operativ planlar fəaliyyət dövründə baş
vermiş risklərin və onun yaratdığı problemlərin dərhal ara-
dan qaldırılmasına xidmət edir.
Risklərin idarə edilməsinin funksiyalarına aşağıda-
kıları aid etmək olar: 1) risklərin proqnozlaşdırılması;
2) risklərin azaldılması və qarşısının alınması; 3) baş
vermiş riskin nəticələrinin aradan qaldırılması.
Riskin proqnozlaşdırılması riskli vəziyyətin qabaq-
cadan müəyyən olunması, riskin baş verməsinə təsir edə-
135
cək bütün amillərin öyrənilməsi, risklə bağlı qabaqcadan
alternativ təkliflərin irəli sürülməsini nəzərdə tutur. Risk-
lərin proqnozlaşdırılması zamanı bu işdə səriştəsi olan
partnyorların cəlb edilməsi məqsədəuyğundur. Yəni risk-
lərin proqnozlaşdırılması, həmçinin cəlb edilmiş mütəxə-
sislər tərəfindən aparıla bilər.
Riskin azaldılması. Elə risklər vardır ki, onlar
müəssisə üçün qaçılmazdır. Bu zaman müəssisə həmin
risklərin baş verəcəyi ilə qabaqcadan barışır. Lakin həmin
risklərin müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə nə
dərəcədə təsir göstərəcəyi idarəetmənin səviyyəsindən ası-
lıdır. Mütəxəssislər bu zaman idarəetmənin məhsuldarlığı-
nı riskin təsirinin minimuma endirilməsi ilə əlaqələndirir-
lər. Müəssisə rəhbərləri gələcəkdə risklərin təsirini mini-
muma endirmək üçün əlavə maliyyə ehtiyatlarına, mate-
rial ehtiyatlarına, alternativ tədbirlər planlarına malik ol-
mağa üstünlük verirlər. Məsələn pərakəndə ərzaq ticarəti
obyektinin yaxınlığında yeni topdansatış ərzaq ticarəti
obyektinin fəaliyyəti nəzərdə tutulur. Bu hal pərakəndə
ticarət obyektinin rəhbərlərini narahat edir. Çünki topdan-
satış obyekti alıcıya malı ucuz qiymətə təklif edəcək və
alıcını özünə cəlb edəcəkdir. Bu isə pərakəndə ticarət ob-
yektinin fəaliyyəti üçün təhlükə yaradacaqdır. Bu məqsəd-
lə pərakəndə ticarət obyektinin rəhbəri onun fəaliyyəti
üçün yaranmış riskin təsirini minimuma endirmək üçün
yollar axtarır. Bu cür vəziyyətdən çıxışın yolları müxtəlif
ola bilər.
Pərakəndə ticarət obyektinin (malın kəmiyyəti, key-
fiyyəti, çeşidi, qiyməti, kommersiya xidmətləri sahəsində)
yeni atacağı taktiki addımları onu bu təhlükədən xilas edə
136
bilər. Bu zaman pərakəndə ticarət müəssisəsi topdansatış
obyektinin satacağı məhsulu topdansatış qiymətinə sat-
maqla öz müştərilərini itirməz. Bu onun üçün satış qiy-
mətlərində bir o qədər də, ciddi güzəşt addımı kimi qiy-
mətləndirilmir. Çünki topdansatış obyektinin mal çeşidi
pərakəndə satış obyektindən xeyli az olur. Əgər ərzaq
topdansatış obyekti 50-100 adda mal satırsa, pərakəndə
ticarət obyekti (PTO) 1000-lərlə çeşiddə mal satır. Fikri-
mizi bir misal ilə izah edək.
Yaşayış məntəqəsində “a” və “b” məhsul çeşidləri-
nin pərakəndə satışı ilə məşğul olan 2 ticarət obyekti fəa-
liyyət göstərir. Həmin obyektlərin öz müştəriləri vardır.
Həmin müştərilər PTO-lərində satılan “a” və “b” məhsul
çeşidlərinin alıcılarıdırlar.
1
2
a məh. b məh. a məh. b məh.
Birdən həmin məntəqədə “a” məhsul çeşidinin top-
dansatışı ilə məşğul olan obyekt fəaliyyətə başlayır. Bu
halda aşağıdakı şəkildə göründüyü kimi müştərilər a
məhsulunu topdansatış ticarət obyektindən (T.T.O.) almağa
üstünlük verirlər.
P.T.O-2
P.T.O-1
Müştəri
Müştəri
137
a a
b b
Göründüyü kimi hər iki pərakəndə ticarət obyekti
“a” məhsul çeşidi üzrə satış həcmindən məhrum oldular.
Vəziyyətdən çıxış yolu axtaran I pərakəndə ticarət
obyekti “a” məhsulunun qiymətini topdansatış qiymətinə
endirir. Bu zaman hər iki müştəri qiymət fərqi olmadığı
təqdirdə hər iki mal çeşidini bir obyektdən almağa üstün-
lük verir və sxem aşağıdakı şəkli alır.
a b a b
P.T.O
T.T.O
P.T.O
M-1
M2
M- 1
M-2
P.T.O
P.T.O
T.T.O
138
Nəticədə nə baş verir.
1) 2-ci pərakəndə ticarət obyekti öz alıcısını itirir.
2) Topdansatış ticarət obyekti fəaliyyətini davam et-
dirir.
3) 1-ci pərakəndə ticarət obyekti “a” məhsulunun
qiymətini topdansatış qiymətlərinə endirməklə, yalnız “b”
məhsulundan mənfəət əldə etməklə hər iki müştərini özü-
nə cəlb edir və riskin təsirini azaldır. Misaldan göründüyü
kimi 1-ci pərakəndə ticarət obyekti riskli vəziyyətdən çıxış
yolunu qiymət siyasətində görür.
Baş vermiş risklərin aradan qaldırılması ilk öncə
operativ tədbirlərin həyata keçirilməsini, sonra isə strateji
taktiki və cari planlarda düzəlişlərin aparılmasını tələb e-
dir.
Riskin təsirinin azaldılması və ya qarşısının alınması
qiymət, keyfiyyət, yeni məhsullar, istehsalın təkmilləşdi-
rilməsi, yeni texnologiya, maliyyə amillərinə kompleks
yanaşılmasını tələb edir.
Vençur biznesi riskli biznes kimi şərh olunur. Ven-
çur biznesi həddindən artıq riskli sahələrdə biznes fəaliy-
yəti ilə məşğul olunması ilə əlaqədar fəaliyyətdir. Bu cür
biznes fəaliyyəti ilə məşğul olan müəssisələr isə vençur
firmaları adlanır. Vençur firmaları innovasiyaların həyata
keçirilməsinə çox meylli olurlar. Vençur firmaları, həmçi-
nin təşəbbüskar firmalar timsalında çıxış edirlər.
139
FƏSİL VII. ƏMƏK RESURSLARI
7.1. İşçi qüvvəsi
İşçi qüvvəsi əmək fəaliyyətində insanın işinin fiziki
və mənəvi qabiliyyətinin məcmusu kimi başa düşülür. İşçi
qüvvəsi bəzən ədəbiyyatlarda işçi heyəti, personal, əmək
ehtiyatları, insan resursları ifadəsi ilə şərh olunur. İşçi he-
yəti həm əsas, həm də köməkçi fəaliyyətlə məşğul olan,
istehsal fəaliyyətini birbaşa və dolayısı ilə yerinə yetirən
işçilərdir.
Müəssisə və təşkilatlarda çalışan işçi qüvvəsi muzdlu
işçilər hesab edilirlər. Muzdlu işçilər fəaliyyətin şərtlərinə
dair iş verənlə bağlanmış əmək müqaviləsi əsasında işlə-
yən və bunun müqabilində əmək haqqı alan şəxslərdir.
Muzdlu işçilər aşağıdakı kateqoriyalara bölünürlər:
1. Qulluqçular
2. Fəhlələr
Qulluqçular qrupuna rəhbərlər, mühəndislər və digər
mütəxəssislər aiddirlər. Rəhbərlər müəssisənin və onun
struktur bölmələrinin rəhbərləri vəzifələrini tutanlardır.
Mühəndis heyətinə müəssisənin əsas fəaliyyət sferasına
aid olan işin texnologiyasını bilən qulluqçular daxildir.
Digər mütəxəssislərə iqtisadi, hüquqi, texniki və s. sahədə
çalışan aqronomlar, mühasiblər, iqtisadçılar, hüquqşünas-
lar, energetiklər, həmçinin təsərrüfat müdirləri, komen-
dantlar, arxiv müdirləri, kassirlər, statistiklər, çertyojçular,
katibələr və s. daxildir.
Fəhlələr fiziki əməklə məşğul olan və birbaşa maddi
sərvətlərin yaradılması prosesində maşın, mexanizm və
istehsalat tikililərini iş vəziyyətinə gətirən şəxslərdirlər.
140
İşçilərin saxlanmasına çəkilən xərclərə aşağıdakılar aiddir:
1) Muzdlu işlərin yerinə yetirilməsi ilə bağlı birbaşa
əmək haqqı.
2) Mükafat və xeyriyyə ödənişləri.
3) Qeyri-iş günlərinə görə ödəmələr.
4) İşdən çıxmağa görə ödəmələr.
5) Məzuniyyət haqları və s.
Həmçinin muzdlu işçilərlə bağlı xərclərə sosial müa-
vinətləri, səhiyyə-tibbi xərcləri, nəqliyyat xərclərini, işçi-
lərin təhsilinə çəkilən xərcləri də aid etmək olar.
İşçilərin hərəkəti onların işə qəbulu və işdən azad
edilməsi nəticəsində siyahı sayının dəyişməsidir. Hesabat
dövründə işçilərin hərəkəti balans şəklində tərtib edilir.
Belə ki, faktiki dövrün əvvəlinə işçilərin siyahı sayına fak-
tiki dövrdə işə qəbul edilənlərin sayı əlavə edilir və işdən
azad edilənlərin sayı çıxılır. İşçilərin siyahı sayına əmək
müqaviləsinə əsasən daimi, müvəqqəti və mövsümi işə
götürülmüş işçilərin sayı daxildir. İşçilərin siyahı sayı,
həmçinin məzuniyyətdə olan, xəstəliyə görə işə çıxmayan,
hamiləliyə və analığa görə məzuniyyətə çıxanları, xidməti
ezamiyyətdə olan işçilərin sayı da daxil edilir. Bu siyahıya
əvəzedicilər, mülki müqavilə bağlamaqla və ya müqavilə
bağlamadan əmək haqqı alan şəxslər daxil edilmirlər.
Dostları ilə paylaş: |