8. SIĞORTA MÜQAVĠLƏSĠNĠN BAĞLANMASI QAYDASI
8.1 Sığorta müqaviləsi Sığortalının (Sığorta olunanın) şifahi və ya yazılı formada ifadə olunmuş
ərizəsi əsasında bağlanır. Sığortalının (Sığorta olunan) Sığortaçıya aşağıdakı məlumatları verir:
8.1.1 Sığorta olunanın adı, atasının adı, soyadı (pasportda olduğu kimi), doğum tarixi, ünvanı,
telefonu;
8.1.2 Sığortalı hüququ şəxs olduqda – onun adı, hüquqi ünvanı , telefonu, bank rekvizitləri, Sığorta
olunanların siyahısı;
8.1.3 xaricə səfərin başlanma və başa çatma tarixləri;
8.1.4 sığorta müqaviləsində nəzərdə tutulan təminatların ərazisinə şamil edildiyi ölkələr;
8.1.5 səfərin məqsədi;
8.1.6 əgər Sığorta olunan xaricə işləmək üçün gedirsə, onun sənəti və məşğul olmaq fikrində olduğu
fəaliyyət növü;
8.1.7 Sığorta olunanın iştirak etmək fikrində olduğu idman növü və ya idman yarışı;
8.1.8 sığorta məbləği;
8.2 Sığorta müqaviləsi bağlanarkən Sığorta olunan özünə məlum olan və sığorta riskini
qiymətləndirmək üçün əhəmiyyət kəsb edən hallar barədə sığortaçıya məlumat verməlidir.
8.3 Sığorta müqaviləsi qüvvədə olduğu müddətdə Sığorta olunan sığorta riskindəki özünə məlum olan
dəyişikliklər barədə Sığortaçıya məlumat verməlidir.
8.4 Sığorta müqaviləsi Sığorta olunanın tibbi müayinəsi aparılmadan bağlanır. Sığortaçının tələbi ilə
Sığorta olunan sorğu vərəqəsini doldurmalıdır .
8.5 Sığorta müqaviləsinin bağlanması faktı Sığortaçı tərəfindən sığorta olunana bu Qaydalar əlavə
edilmiş sığorta şəhadətnaməsinin verilməsi ilə təsdiqlənir. Zəruri olan hallarda eyniləşdirmə kartı
verilir.
8.6 Sığorta müqaviləsi bağlanarkən Sığorta olunan sığorta hadisəsinə aid hissədə həkimləri Sığortaçı
qarşısında məxfilik öhdəliklərindən azad edir.
|