Dərman vasitəsinin istifadəsi üzrə təlimat
(xəstələr üçün)
RABİET 20mq, bağırsaqda həll olan örtüklü tabletlər
RABIET
Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində 20 mq Rabeprazol natrium vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, maqnezium-oksid, hidroksipropilsellüloza, zəif dərəcəli əvəz
olunmuş hidroksipropilsellüloza, kalsium karboksimetilsellüloza, maqnezium-stearat, ağ opadray
(OY-C-7000A), təmiz akril-eze (93F19255), sarı opadray (80W62680).
Farmakoterapevtik qrupu
Н -К -АTF-azanın inhibitoru.
+
+
Farmakoloji xüsusiyyətləri
Xora əleyhinə preparatdır. Н -К -АTF-azanın (proton nasosunun) inhibitorudur.
+
+
Təsir mexanizmi. Rabeprazol natrium antisekretor birləşmələr sinfinə aiddir, hansılar ki, kimyəvi cəhətdən
əvəz olunmuş benzimidazollardır. Preparat Н -К -АTF-aza fermentinin aktivliyini inhibə edir, bununla da
xlorid turşusu sintezinin yekun mərhələsini blok edir. Bu təsir dozadan asılı xarakter daşıyır və həm bazal,
həm də qıcıqlandırıcıdan asılı olmadan turşuluğun stimulə olunmuş sekresiyasını inhibə edir. Rabeprazol
zəif əsas kimi istənilən dozada tez absorbsiya olunur və parietal hüceyrələrin turş mühitində toplanır.
+
+
Antisekretor aktivliyi. 20mq-lıq dozada rabeprazolun daxilə qəbulundan sonra 1 saat müddətində antisekretor
aktivlik baş verir və 2-4 saatdan sonra maksimuma çatır. Rabeprazol natriumun birinci dozasının qəbulundan
23 saat sonra turşuluğun bazal və qida ilə stimulə olunmuş sekresiyasının inhibə olunması müvafiq olaraq 62
və 82% təşkil etmiş, bu təsirin müddəti isə 48 saata çatmışdır. Rabeprazol natriumun turşunun sekresiyasına
inhibitor təsiri 1 tabletdən gündəlik qəbulu zamanı sürətlənir, sekresiyanın stabil inhibə olunması preparatın
qəbulundan 3 gün sonra müşahidə olunur. Rabeprazolun qəbulu bitdikdən sonra sekretor aktivlik 2-3 gündən
sonra bərpa olunur.
Rabeprazol Helicobacter pylori-yə bakterisid təsir göstərir. Helicobacter pylori-nin Rabiet tabletləri və
antimikrob preparatları ilə eradikasiyası zədələnmiş selikli qişanın yüksək dərəcədə sağalmasına gətirib
çıxarır.
Farmakokinetikası
Sorulması
Rabeprazol bağırsaqdan tez absorbsiya olunur. Rabeprazolun 20mq dozada qəbulundan sonra plazmada
C
max
təqribən 3.5 saatdan sonra olur. 20mq-ın daxilə qəbulundan sonra tam biomənimsənilmə (v/d yeridilmə
ilə müqayisədə) 52%-ə yaxın təşkil edir, bu da əsasən qaraciyərdən “birinici keçid” zamanı metabolizmə
uğraması ilə əlaqədardır. Biomənimsənilmə rabeprazolun çoxdəfəli qəbulu zamanı dəyişilmir. Qida qəbulu və
preparatın sutka ərzində qəbul vaxtı rabeprazolun absorbsiyasına təsir göstərmir.
Paylanması
İnsanda rabeprazolun zülallarla birləşməsi 97%-ə yaxın təşkil edir.
Metabolizmi
İnsan plazmasında mövcud olan əsas metabolitlər tioefir (М1) və karbon turşusudur (М6), aşağı
konsentrasiyada mövcud olan ikinci dərəcəli metabolitlər isə sulfon (М2), demetiltioefir (М4) və merkaptur
turşusunun konyuqatı (М5) ilə təmsil olunur.
Xaric olunması
90%-ə qədəri iki: М5 və М6 metabolitləri şəklində sidiklə xarıc olunur. 10%-ə qədəri isə nəcislə xaric olunur.
İstifadəsinə göstərişlər
- kəskinləşmə fazasında onikibarmaq bağırsağın xora xəstəliyi;
- kəskinləşmə fazasında mədənin xora xəstəliyi;
- qastroezofaqeal reflüks xəstəliyi (QERX), eroziv reflüks ezofaqit;
- Zollinger-Ellison sindromu və ya patoloji sekresiya ilə xarakterizə olunan digər vəziyyətlər.
Antibakterial vasitələrlə kombinasiyada:
- mədənin xora xəstəliyi və ya xroniki qastriti olan xəstələrdə Helicobacter pylori-nin eradikasiyası üçün;
- Helicobacter pylori ilə əlaqəli xora xəstəliyi olan xəstələrin müalicəsi və residivlərin qarşısının alınması
üçün.
Əks göstərişlər
- hamiləlik;
- laktasiya dövrü (döşlə əmizdirmə);
- preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
- əvəz olunmuş benzimidazollara qarşı yüksək həssaslıq.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Rabiet tabletləri P450 sitoxrom sisteminin mikrosomal qaraciyər izofermentləri ilə metabolizə olunur.
Tədqiqatlar göstərib ki, rabeprazol həmin ferment sistemi ilə metabolizə olunan amoksisillin və digər
preparatlarla (varfarin, fenitoin, teofillin, diazepam) kliniki əhəmiyyətli dərman qarşılıqlı təsir əlaqəsinə girmir.
Rabiet tabletləri xlorid turşusu ifrazının aşkar və uzunmüddətli azalmasını yaradıır. Buna görə də
absorbsiyası mədənin pH-dan asılı olan preparatlarla eyni zamanda qəbulu zamanı dərman qarşılıqlı təsiri
qeyd olunurdu.
Rabeprazol natriumun qəbulu qan plazmasında ketokonazolun konsentrasiyasının 33%-ə qədər azalmasına
və diqoksinin minimal konsentrasiyasının 22%-ə qədər artmasına səbəb olurdu. Buna görə də Rabiet
tabletlərinin ketokonazol və diqoksin ilə eyni zamanda qəbulu zamanı sonuncuların dozasını tənzimləmək
lazımdır.
Rabeprazolun və klaritromisinin aktiv metabolitinin konsentrasiyaları eyni vaxtda qəbul zamanı müvafiq
olaraq 24% və 50% yüksəlir. Bu göstərilən kombinasiyanın Helicobacter pylori-nin eradikasiyası zamanı
effektivliyini yüksəldir.
Tədqiqatlar zamanı rabeprazolun maye antasidlərlə qarşılıqlı təsiri müəyyən olunmamışdır. Bundan başqa
rabeprazolun qida ilə kliniki əhəmiyyətli qarşılıqlı təsiri müəyyən olunmamışdır.
Xüsusi göstərişlər
Rabeprazol ilə müalicəyə başlamamışdan əvvəl mədədə bədxassəli törəmələrin olmasını inkar etmək
lazımdır, belə ki preparatın qəbulu simptomları gizlədə bilər və düzgün diaqnozun qoyulmasını ləngidə bilər.
Qaraciyər və ya böyrək funksiyasının pozğunluqları zamanı rabeprazolun dozasının tənzimlənməsi tələb
olunmur.
Pediatriyada istifadəsi
Rabeprazolu uşaqlara təyin etmək məsləhət görülmür, çünki hazırki dövrdə onun pediatriya praktikasında
istifadə təcrübəsi yoxdur.
Qaraciyər funksiyalarının pozulması zamanı
Qaraciyər funksiyalarının pozulması zamanı rabeprazolun dozasının tənzimlənməsi tələb olunmur.
Böyrək funksiyalarının pozulması zamanı
Böyrək funksiyalarının pozulması zamanı rabeprazolun dozasının tənzimlənməsi tələb olunmur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Yuxululuq baş verərsə, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən boyun
qaçırmaq lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Rabeprazol hamiləlik və laktasiya dövründə əks göstərişdir.
Hamiləlik zamanı rabeprazolun istifadəsinin təhlükəsizliyi haqqında məlumatlar yoxdur.
Rabeprazolun insanda ana südü ilə ifraz olunması məlum deyil. Uşaq əmizdirən analarda müvafiq
tədqiqatlar aparılmamışdır.
İstifadə qaydası və dozası
Kəskinləşmə fazasında olan onikibarmaq bağırsaq və mədə xorası xəstəliyi zamanı 4-6 həftə müddətində
gündə 1 dəfə səhərlər 1 tablet (20mq) qəbul etmək məsləhətdir.
Onikibarmaq bağırsaq xorası olan xəstələrin əksəriyyətində sağalma 4 həftə müddətində baş verir, lakin bəzi
xəstələrə isə xoraların sağalması üçün Rabiet tabletləri ilə əlavə 4 həftəlik müalicə kursu tələb oluna bilər.
Mədə xorası olan xəstələrin əksəriyyətində sağalma 6 həftə müddətində baş verir, bəzi xəstələrə isə
xoraların sağalması üçün Rabiet tabletləri ilə əlavə 6 həftəlik müalicə kursu tələb oluna bilər.
QERX-in müalicəsi zamanı 4-8 həftə müddətində gündə 1 dəfə 1 tablet (20mq) qəbul etmək məsləhətdir.
Zollinger-Ellison sindromu və pataloji hipersekresiya ilə xarakterizə olunan digər vəziyyətlərin müalicəsi
zamanı doza fərdi olaraq seçilir. Başlanğıc doza 60mq/gün təşkil edir, sonra isə doza artırılır və preparat
birdəfəlik qəbul zamanı gündə 100mq-a qədər və ya gündə 2 dəfə olmaqla 60mq dozada təyin olunur.
Müalicə kliniki ehtiyac baxımından davam etdirilməlidir. Zollinger-Ellison sindromu olan bəzi xəstələrdə
rabeprazolla müalicə 1 ilə qədər təşkil edə bilər.
Helicobacter pylori ilə əlaqəli yoluxma olan onikibarmaq bağırsağın xora xəstəliyi və ya xroniki qastritin
müalicəsi zamanı antibiotiklərin müvafiq kombinasiyalarının tətbiq edilməsi ilə bir neçə eradikasiya
variantından istifadə olunur. Preparatların aşağıdakı kombinasiyalarından biri ilə 7 günlük müalicə kursu
məsləhət görülür:
Rabiet tabletləri gündə 2 dəfə 20mq + klaritromisin gündə 2 dəfə 500mq və amoksisillin gündə 2 dəfə 1q.
Rabiet tabletləri gündə 2 dəfə 20mq + klaritromisin gündə 2 dəfə 500mq və metronidazol gündə 2 dəfə
400mq. Eradikasiyanın 90%-dən yuxarı olan ən yaxşı nəticələri Rabiet tabletlərinin klaritromisin və
amoksisillinlə kombinasiyası zamanı əldə olunur.
Rabiet tabletlərinin gündə 1 dəfə qəbulu tələb olunan zaman preparatı səhər, yeməkdən əvvəl qəbul etmək
lazımdır. Müəyyən olunub ki, nə günün vaxtı, nə də qida qəbulu preparatın aktivliyinə təsir göstərmir. Lakin
Rabiet tabletlərinin məsləhət olunan vaxtda qəbulu xəstələr tərəfindən müalicə sxeminə daha yaxşı riayət
olunmasına səbəb olur.
Tabletləri çeynəmədən və xırdalamadan bütöv qəbul etmək lazımdır.
Əlavə təsirləri
Həzm sistemə: ishal, qarında ağrı, meteorizm, ağızda quruluq, ürəkbulanma, qusma, qəbizlik; nadir hallarda
- anoreksiya; bəzi hallarda - qaraciyər transaminazalarının aktivliyinin yüksəlməsi.
MSS-nə: baş ağrısı, asteniya, yuxusuzluq, yuxululuq, başgicəllənmə.
Qanyaranma sisteminə: nadir hallarda - trombositopeniya, neytropeniya, leykopeniya, leykositoz.
Dermatoloji reaksiyalar: dəri səpgisi.
Allergik reaksiyalar: nadir hallarda - üzün ödemi, təngənəfəslik, eritema, bullyoz səpgilər (reaksiyalar
preparatın qəbulu dayandırıldıqdan sonra aradan qalxır)
Doza həddinin aşılması
Hazırkı dövrə qədər rabeprazolun qəsdən dozasının artırılması halları haqqında məlumat daxil olmamışdır.
Preparatın 80mq/gün dozada qəbulu xəstələr tərəfindən yaxşı qəbul olunur.
Müalicəsi: simptomatik və dəstəkləyici terapiyanın aparılması. Rabeprazol natrium plazma zülalları ilə yaxşı
birləşir, ona görə də dializ zamanı orqanizmdən çətinliklə xaric olunur.
Buraxılış forması
14 tablet, blisterdə. Bir blister içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti
+30ºС-dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Rеsеpt əsasında buraxılır.
İstehsalçı
«İldong Pharmaceutical Co., Ltd.»,
60-1, Sinkeonji-Dong, Ansung-Si, Kyongki-Do, Koreya Respublikası
Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com
Document Outline - Farmakoloji xüsusiyyətləri
- Farmakokinetikası
- Əlavə təsirləri
- Buraxılış forması
Dostları ilə paylaş: |