Radiasiya təhlükəsizliyinin kriteriyaları, normaları və sanitar qaydaları Radiasiya təhlükəsizliyi



Yüklə 26,35 Kb.
səhifə2/2
tarix12.11.2022
ölçüsü26,35 Kb.
#68744
növüQaydalar
1   2
Radiasiya təhlükəsizliyi

Texnoloji tədbirlərə: hərəkətli, stasionar qoruyucu hasarların, avtomatlaşdırılmış, mexanikləşdirilmiş, texnoloji proseslərin yaradılması, radioaktiv maddələrin atılması zamanı havanın təmizlənməsi və s.

Tibbi – sanitar tədbirlərə: sanitar-qoruyucu ərazinin yaradılması, məcburi sanitar-buraxılış rejiminin təşkili, heyətin sağlamlığına nəzarət və sairdir.
Təşkilati tədbirlərə ilk növbədə ionlaşdırıcı şüalanmanın artmış səviyyəsi şəraitində əmək rejiminin təmin edilməsi aiddir.
Şüalanmanın səviyyəsini aşağı salmağa istiqamətlənmiş kompleks tədbirlər radiasiya, atom-enerji qurğuların təyinatı və tipindən, radioaktiv maddələrin əldə edilməsi, işlənməsi zamanı texnoloji proseslərin xarakterindən asılı olur. Qapalı radioaktiv maddələrlə işləyən zaman şüanın xarici axınından qorunmanın yaradılması ilə məhdudlaşdırmaq kifayətdir. Digər hallarda isə, məsələn, radiokimyəvi istehsalatda radioaktiv tullantıların emalı zamanı radioaktiv maddələrin ətraf mühitə yayılmasına və onların işçilərin orqanizminə düşə biləcəyinə diqqət yetirmək lazımdır. Yuxarıda göstərilən funksional vəzifələrin əhəmiyyəti böyükdür. Belə ki, onların çatışmamazlığı heyətin, əhalinin sağlamlığına zərər verə, ətraf mühitin çirklənməsinə, iqtisadi itkilərə səbəb ola bilər.

Nüvə energetikasında işlənib hazırlanmış üsullar və zərərli istehsalat faktorlarının təhlükəliliyinin qiymətləndirilmə kriteriyalarına əsaslanan yanaşmalar istehsalatın digər sahələrində uğurla istifadə edilir.


Radiasiya qəzaları zamanı radiasiya təhlükəsizliyi
Atom energetikasının intensiv inkişafı və ionlaşdırıcı şüa mənbələrinin elm, texnika və texnologiyanın müxtəlif sahələrində geniş tətbiqi qəza hadisələrilə nəticələnə bilər. Radiasiya qəzası – avadanlıqların nasazlığı, personalın səhvi, təbii hadisələr digər səbəblərdən ionlaşdırıcı şüa mənbələrinin idarə olunmasının pozulması və ya nəzarətdən çıxması olub, insanların (personal və ya ümumi əhali) gözlənilməyən əlavə şüalanmasına və ətraf mühitin radioaktiv maddələrlə çirklənməsinə səbəb olur.

Radiasiya qəzaları aşağıdakı hallarda və sahələrdə baş verə bilər:




  1. AES-də və atom sənayesinin digər müəssisələrində qəza və bədbəxt hadisələr;



  1. Mövcud sanitariya qanunvericiliyi tələblərinin və texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində ionlaşdırıcı şüalanma mənbələrinin işinin qəsdən (düşünülmüş şəkildə) dayandırılması və ondan istifadə olunmaması;



  1. Ionlaşdırıcı şüa mənbələrinin, radioaktiv maddələrin və ya radiasiya qurğularının itirilməsi və ya oğurlanması;



  1. Texnoloji pozuntu nəticəsində ionlaşdırıcı şüa mənbələrinin, radioaktiv maddələrin quyularda qalması;



  1. Istismar olunan radiasiya texnikasının normal rejiminin pozulması;



  1. Nüvə nəqliyyatı vasitələrinin (sputniklər, sualtı qayıqlar və s.) nasazlığı.

Atom elektrik stansiyalarında baş verən təhlükəli hadisələri səciyyələndirmək üçün beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirmə şkalası tərtib edilmiş və radiasiya təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər işlənib hazırlanmışdır .


Radiasiya qəzası baş vermə ehtimalı olan müəssisə və təşkilatlar aşağıdakılara malik olmalıdırlar:


  • potensial radiasiya qəzalarının siyahısına;



  • radiasiya qəzası baş verdikdə qəbul edilməsi zəruri olan qərarların meyarlarına;



  • işçilərin (personalın) və əhalinin radiasiya qəzasından və qəzanın nəticələrindən mühafizənin təmin edilməsi tədbirlərinin radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış tədbirlər planına;



  • radiasiya qəzası haqqında məlumat vermək və onun nəticələrini ləğv etmək üçün vasitələrə;



  • radiasiya qəzasına məruz qalan şəxslərin profilaktikası və radiasiya qəzasından zərər çəkənlərə pulsuz ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi üçün vasitələrə;



  • işçilərdən (personaldan) təşkil olunmuş qəza-xilasetmə dəstələrinə.

Radiasiya qəzası zamanı radiasiya təhlükəsizliyinin təmin olunmasında aşağıdakılar əsas götürülməlidir:




  • radiasiya qəzasının nəticələrini ləğv etmək üçün nəzərdə tutulan tədbirlər zərərdən çox fayda verməlidirlər;



  • radiasiya qəzasının nəticələrinin ləğvi üzrə fəaliyyətin növləri və miqyası ionlaşdırıcı şüalanma dozasının maksimum azalmasını təmin etməlidirlər.

Radiasiya qəzasının nəticələrinin ləğv olunması, qəza-xilasetmə və dezaktivasiya işləri ilə əlaqədar cəlb olunmuş şəxslərin əvvəlcədən nəzərdə tutulmuş yüksək dozalı şüalanmaya məruz qalmasına səbəb yalnız insanları xilas etmək və ya onların daha yüksək şüalanma dozasına məruz qalmasının qarşısını almaq məqsədi ola bilər. Radiasiya qəzası nəticələrini ləğv etmək üçün cəlb olunmuş şəxslərin şüalanma dozası bu Qanunun 9-cu maddəsində işçilər (personal) üçün nəzərdə tutulmuş orta illik normativ şüalanma dozasından 10 dəfədən artıq ola bilməz.


Radiasiya qəzası nəticələrinin ləğvi ilə əlaqədar cəlb olunmuş şəxslərin əvvəlcədən nəzərdə tutulmuş yüksək şüalanmaya məruz qalması həmin şəxslərin bütün həyatı dövründə ala biləcəyi şüalanmaya qədər dozanı bir dəfə almaq və sağlamlığı üçün risk haqqında əvvəlcədən məlumat vermək şərti ilə və könüllülük əsasında yol verilə bilər.
Radiasiya qəzasının nəticələrinin ləğvi üçün cəlb olunmuş şəxsə yüksək şüalanma dozası alması nəticəsində sağlamlığına dəyən zərərə görə «Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş şəxslər üçün qanunvericiliklə müəyyən edilmiş kompensasiya və güzəştlər verilir.
Radiasiya təhlükəsizliyinin təmin olunmasında tələbləri yerinə yetirməyən və ya pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, mülki-hüquqi və cinayət məsuliyyətinə cəlb olunurlar.
Yüklə 26,35 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin