Radioelektron kəşfiyyatın növləri, vasitələri Radioelektron kəşfiyyat nədir? Təyinatı, növləri və vasitələri



Yüklə 13,92 Kb.
səhifə1/4
tarix28.11.2023
ölçüsü13,92 Kb.
#168829
  1   2   3   4
Radioelektron kəşfiyyatın növləri, vasitələri - RLS Əbilova X.


Azərbaycan Respublkası Elm və Təhsil Nazirliyi
Azərbaycan Texniki Universiteti
SƏRBƏST İŞ

Kafedra: Radioelektron və aerokosmik sistemlər


Fənn: Radiolokasiya sistemlərinin işlənməsi
Qrup: M363a5
Müəllim: Rüstəmov Əsəd
Tələbə: Əbilova Xumar

Radioelektron kəşfiyyatın növləri, vasitələri

Radioelektron kəşfiyyat nədir? Təyinatı, növləri və vasitələri 

Radioelektron kəşfiyyat - texniki kəşfiyyat növü olaraq, elektromaqnit şüasının qəbulu və təhlili əsasında kəşfiyyat məlumatlarının toplanması ilə həyata keçirilir. Radioelektron kəşfiyyat həm insanlar, həm texniki vasitələr arasındakı əlaqə kanallarından, həm də aktiv radiolokasiya və radioelektron mübarizə stansiyalarından ələ keçirilən siqnallardan istifadə edir.

Radioelektron kəşfiyyat bir neçə mikrometrdən başlayaraq on minlərlə kilometrədək dalğa uzunluğu aralığında aparılır.

Radielektron kəşfiyyatın aşağıdakı növləri var:

-Radiokəşfiyyat -Radiotexniki kəşfiyyat -Radiolokasiya kəşfiyyatı -Televiziya kəşfiyyatı -İnfraqırmızı texniki qurğuların köməyi ilə kəşfiyyat

Radiokəşfiyyat - radioelektron kəşfiyyatın ən qədim formasıdır.

Bu, müxtəlif rabitə vasitələrinə qarşı yönəldilmiş kəşfiyyat növüdür. Radiokəşfiyyatın əsas vəzifəsi - açıq, gizli, məxfi və kodlanaraq göndərilən siqnalların aşkar edilməsi və tutulması, siqnalların pelenq olunması, əldə olunan məlumatların açılması məqsədilə analiz olunması və siqnal ötürən stansiyaların yerləşdiyi ərazini təyin etməkdən ibarətdir.

Bu kəşfiyyat növü düşmənin siqnal ötürən stansiyaları haqqında məlumatlar, onların quruluşu və ötürülən siqnalların məzmunu, rəqibin qərargahı və komanda məntəqələri, qoşun qruplaşmasının tərkibi, rabitə qovşaqları, raketlərin start mövqeləri və s. haqqında məlumat toplamağa imkan verir. Bunlar isə düşmənin niyyətinin təyin olunmasında çox vacibdir.

Elektron kəşfiyyat vasitələri:

  • Elektron kəşfiyyat vasitələri:
  • • Ötürücü radio qurğularının daşıyıcı tezliyini təyin edir, • Radio siqnalların şüalanma mənbələrinin koordinatlarını təyin edir, • İmpuls siqnalının parametrlərini (təkrarlanma tezliyi, müddəti və digər parametrləri) ölçür, • Siqnal modulyasiyasının növünü (amplitud, tezlik, faz, impulsunu) təyin edir, • Radio dalğaların şüalanmasının əlaqəli olduğu strukturu müəyyənləşdirir, • Antenaların skanetmə sürətini və RLS-in sahə tədqiqat metodunu təyin edir, • İnformasiyanı toplayır, təhlil edir və ümumiləşdirib qeydiyyatını aparır.


Yüklə 13,92 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin