Radiotexniki kəşfiyyat – radiolokasiya stansiyalarının, radionaviqasiya və radio-telekommunikasiya sistemlərinin aşkarlanması və tanınması üçün aparılan radio-elektron kəşfiyyat növüdür. Radiotexniki kəşfiyyat radiosiqnal qəbulu, istiqaməti təyin emək və radio siqnalların analizləri metodlarından istifadə edilərək həyata keçirilir.
Radiolokasiya kəşfiyyatı – informasiya radiolokasiya stansiyaları vasitəsilə əldə edilir. RLS daşınan və sabit ola bilər. Radilokasiya kəşiyyatı aparmaq üçün hava vasitələrində və kosmik aparatlarda , yerüstü və dəniz vasitələrində quraşdırılan sabit və daşınan radiolokasiya qurğularından istifadə olunur.
Radiolokasiya kəşfiyyatı – informasiya radiolokasiya stansiyaları vasitəsilə əldə edilir. RLS daşınan və sabit ola bilər. Radilokasiya kəşiyyatı aparmaq üçün hava vasitələrində və kosmik aparatlarda , yerüstü və dəniz vasitələrində quraşdırılan sabit və daşınan radiolokasiya qurğularından istifadə olunur.
Televiziya kəşfiyyatı – bu zaman məlumatlar televiziya vasitəsilə toplanılır. Burada dəyişikliklərin edilməsi çox vacibdir. Əslində bu istiqamətdə şəbəkə və ya intenet kəşfiyyatı adı qəbul edilsə daha düzgün olardı. Bu zaman düşmənin informasiya sistemi və informasiya resursları haqqında məlumatlar əldə edərək, müasir proqram təminatlarından istifadə etməklə bu resurslara daxil olmaqla geniş məlumatlar əldə etmək olar.
İnfraqırmızı texniki qurğuların köməyi ilə kəşfiyyat - informasiya mənbəyi kimi ya obyektlərin öz istilik şüalanması, ya da xüsusi infraqırmızı işıqlandırıcılarının şüalanmasından istifadə edilərək məlumatlar əldə olunur.
Buna görə, infraqırmızı kəşfiyyat vasitələri 2 qrupa bölünür:
Bu tip kəşfiyyatın əsas xüsusiyyətləri aşağıdakılardır: • Kəşfiyyat obyektləri ilə birbaşa təmas olmadan hərəkət edir, • Geniş əraziləri və boşluqları əhatə edir, onların hüdudları müxtəlif tezlikli radio dalğalarının yayılması xüsusiyyətləri ilə müəyyən edilir, • İlin və günün müxtəlif vaxtlarında və istənilən hava şəraitində fəaliyyət göstərir, • Etibarlı məlumatla təmin edir, çünki məlumatın mənbəsi birbaşa ehtimal olunan düşmənin özüdür (radio dezinformasiya halları istisna olmaqla), • Böyük həcmdə müxtəlif məzmunda məlumat əldə edir, • Məlumatı ən qısa müddətdə və real zamanda alır, • Düşmənə bir çox hallarda əlçatmaz məsafədə fəaliyyət göstərir, • Gizli şəkildə hərəkət edir. Düşmən, bir qayda olaraq, radioelektron kəşfiyyatın aparılma faktını təyin edə bilmir,