«Radioelektronika» kafedrası İyt elektronika laboratoriya işlərinin yerinə yetirilməsi üzrə metodik vəsait



Yüklə 12,48 Mb.
səhifə15/19
tarix20.09.2023
ölçüsü12,48 Mb.
#145880
1   ...   11   12   13   14   15   16   17   18   19
IFRTATYUKSEK TEZLIKLER ELEKTRONIKASINDAN LAB.ISLERI(METODIKI VESAIT)

3. Nəzəri hissə

Mikrodalğalarda mayelərin dielektrik xassələrinin öyrənilməsinin böyük elmi və praktiki əhəmiyyəti vardır. Bu tədqiqatlar mayelərin quruluşu və həmçinin molekullar arasındakı qarşılıqlı təsir haqqında nəticə çıxartmağa imkan verir.


İYT-də mayelərin dielektrik xassələrin öyrənilməsində itkinin qiymətindən asılı olaraq iki üsuldan istifadə olunur: 1) dəyişən qalınlıqlar üsulu və 2) qısaqapanmış xətt üsulu.
Bu metodlar bir-birini tamamlayır və geniş temperatur intervalında və ölçməyə imkan verir. Böyük itkilərdə dəyişən qalınlıq üsulundan istifadə olunur.
Malov tərəfindən verilmiş dəyişən qalınlıqlar üsulu elektrik sahəsinin amplitudasının qısa qapanmış ölçü xəttinin boş hissəsində dielektrikin qalınlığından asılılığın ölçülməsinə əsaslanmışdır.
Dəyişən qalınlıqlar üsulunun nəzəri əsası aşağıdakı kimidir.
Dielektrik ilə doldurulmuş dalğaötürənin γ yayılma sabiti


(7.1)

düsturu ilə ifadə olunur.


Burada - sönmə sabiti, - faza sabiti, -sərbəst fəzada dalğa uzunluğu, -dalğaötürəndə kritik dalğa uzunluğu.
Dalğaötürəndə itki bucağının tangensi üçün daxil edərək (7.1) ifadəsini belə yazaq:


(7.2)

burada - dielektrikli dalğaötürəndə dalğa uzunluğudur. (7.2) ifadəsini həqiqi və xəyali hissələrə ayıraraq alarıq:




, (7.3)


. (7.4)



və aşağıdakı kimi təyin olunur. durğun dalğa əmsalının tədqiq olunan mayenin qalınlığından asılılığı çıxarılır. Bunun üçün tədqiq olunan maye ölçü qurğusunun boş hissəsindən nazik slyüda lövhəsi ilə ayrılmış dalğaötürən seksiyasına tökülür. Porşen maye daxilində hərəkət etdirilir. Ölçü aşağıdakı kimi aparılır. Porşen özünün ən aşağı səviyyəsindən yavaş-yavaş yuxarı qaldırılır. Slüda lövhəsi ilə porşenin aşağı səthi arasındakı maye qatının qalınlığından asılı olaraq indikator cihazının göstərişi maksimumlardan və minimumlardan keçir (şək. 7.2).
Maksimal göstəriş dalğaların aşağı və yuxarı səthlərdən qayıtma zamanı fazaların üst-üstə düşdüyü qatın qalınlığına uyğun olur. Qalınlıq artdıqca amplitudun ossilyasiyası azalır və müəyyən sabit qiymətə yaxınlaşır. Bu elə bir qalınlıqdır ki, bu qalınlıqda yuxarı qalınlıqdan əks olunan dalğa aşağı sərhəddə çatmadan sönür. Qonşu maksimumlar və minimumlar arasındakı məsafə mayedə - dalğa uzunluğunu təyin etməyə imkan verir.
əyrisinin ixtiyari və maksimumlarında durğun dalğa əmsallarının nisbəti dalğaötürəndə itki bucağının tangensini təyin etməyə imkan verir.
Həqiqətən, iki durğun dalğa əmsalların nisbəti belə verilir:


, (7.5)


. (7.6)

burada - durğun dalğa əmsalının nümunənin sonsuz qalınlığına (qısa qapanmadan əks olunma olmadığı hal) uyğun qiymətidir.


(7.1) cədvəlində verilmiş qiymətlərə görə -nin qiyməti təyin olunur.
Cədvəl 7.1.
və durğun dalğa əmsallarının nisbətlərinin qiymətləri.




Yüklə 12,48 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin