«Radioelektronika» kafedrası İyt elektronika laboratoriya işlərinin yerinə yetirilməsi üzrə metodik vəsait



Yüklə 12,48 Mb.
səhifə18/19
tarix20.09.2023
ölçüsü12,48 Mb.
#145880
1   ...   11   12   13   14   15   16   17   18   19
IFRTATYUKSEK TEZLIKLER ELEKTRONIKASINDAN LAB.ISLERI(METODIKI VESAIT)

3. İşin yerinə yetirilməsi qaydası


3.1. Laboratoriya qurğusunun quruluşu

Laboratoriya qurğusu ötürücü və qəbuledici hissələrdən ibarətdir. Onun quruluşu şək.8.3-də göstərilmişdir.



Şək.8.3. Laboratoriya stendi.


Ötürücü hissə İYT generatordan (1), dalğaötürən xətti transformatordan (2) və ötürücü antenadan (3) ibarətdir. Qəbuledici hissə üzərində yoxlanılan antena (5) olan və dərəcəli şkalaya malik çevirici mexanizmdən (4) ibarətdir. Antena (5) vasitəsi ilə qəbul edilmiş siqnal detektor başlığında (6) detektə olunandan sonra sahə indikatoru cihazına (7) daxil olur. Stenddə antena ilə digər hissələr arasında əlaqə düzbucaqlı dalğaötürən (8) vasitəsi ilə təmin olunur.


3.2. Tapşırıq

3.2.1. Rupor antenaların konstruktiv ölçülərini və işçi tezlik diapazonunu təyin etməli.


3.2.2. Yarım şüalanma gücünə və sıfırıncı nöqtələrə görə baş ləçəyin İD-ın enini və İD-ı hesablamalı.
3.2.3. Tədqiq olunan rupor antenaların İTƏ-nı təyin etməli.


4. Təcrübi hissə

Verilən laboratoriya işinin yerinə yetirilməsində aşağıdakı ardıcıllığı gözləmək lazımdır:


4.1. İYT generatorun quruluşu və iş prinsipi ilə tanış olmaq.
4.2. Rupor antenaların konstruksiyası ilə tanış olmaq və xətkeş vasitəsilə onların ar, brlr xətti ölçülərini ölçməli.
4.3. Rupor antenaların E, H müstəvilərində İD çıxartmalı. E müstəvisində İD çıxartmaq üçün qəbuledici və ötürücü traktlara EMD-nın polyarizasiyasını 90°-yə çevirən burulmuş dalğaötürən seksiyasını əlavə etmək lazımdır.
4.4. Alınmış nəticələrə görə rupor açılışının ölçülərinin və ondakı faza təhrifinin İD-a necə təsir etdiyinə baxmalı (İD-nı düzbucaqlı koordinat sistemində qurmalı).
4.5. İD aşağıdakı kimi çıxardılır. Tədqiq olunan antena sahə indikatoru göstərişinin maksimumuna yönəldilir və maksimuma uyğun cihazın göstərişi qeyd olunur. Sonra tədqiq olunan antena (2°÷2.5°) bərabər intervallarla bu vəziyyətdən sola və sağa o vaxta qədər fırladılır ki, sahə indikatorunun göstərişi sıfıra bərabər olsun. Bu zaman, hər dəfə fırlanma dərəcələrini və sahə indikatorun göstərişlərini yazmaq lazımdır. Təcrübənin nəticələri cədvəl 8.1-ə daxil edilir.

Cədvəl 8.1



























4.6. Alınmış nəticələrə görə dekart koordinatlarında İD qurmalı. Bu zaman maksimal şüalanmaya uyğun bucaq sıfıra bərabər, bu bucağa uyğun cihazın göstərişi isə maksimum götürülməlidir.


Qeyd: Gücün kiçik qiymətlərin detektorun xarakteristikasını kvadratik hesab etmək olar. Ona görə də təcrübi çıxarılmış İD



olacaq, burada - sahə indikatoru cihazının göstərişi, - normalaşdırılmış istiqamətlənmə funksiyasıdır.
4.7. Qurulmuş normallaşdırılmış İD-na görə yarım güc səviyyəsində əsas ləçəyin enini təyin etməli: , (0,707 səviyyəsində).
4.8. Nəzəri hesablamaların nəticələrini təcrübi tədqiqatlarla müqayisə etməli.

Yüklə 12,48 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin