Sanitar dreejinalar
Rayonun MM dəstələri. Rayonun müəssisələrində, şəhərlərində və qəsəbələrində bubdəstələr yaradılır: xilasedici dəstələr (komandalar), kəşfiyyat qrupları (manqaları), ətraf mühitin radioaktivliyini müşahidə postları, rabitə qrupları, sanitar drujinası dəstələri və sanitar drujinaları, yanğınsönsürən komandalar (bölmələr), ictimai asayişi mühafizə dəstələri (komandaları), zərərsizləşdirici komandalar (qruplar), kənd təsərrüfatı heyvanlarını və bitkiləri mühafizə komandaları (qrupları).
Xilasedici dəstə 2-4 komandadan ibarət olub, obyektin əsas mülki müdafiə dəstəsi sayılır. Xilasedici dəstə zədələnmiş adamları axtarmaq, uçqunlar altından , dağılmış sığınacaq və binalardan çıxarmaq, həkiməqədər ilk tibbi yardım göstərmək, habelə onları zədələnmə ocağından aparmaq üçün nəzərdə tutulur.
Xilasedici dəstə bir iş növbəsi (8-10 saat) ərzində aşağıdakı işlərdən birini görə bilər: zədələnmiş 600 – 1200 nəfər adamı zədələnmə ocağından çıxarıb 250- 350 m məsafəyə daşımaq; zədələnmiş 120- 240 nəfəri uçqun altından, qismən uçulmuş binalardan çıxarıb 250- 350 m məsafəyə aparmaq; qismən dağılmış xəndək və ya qazma tipli 60 – 120 daldalanacağın üstünü açıb sökmək.
Kəşfiyyat qrupu 3- 5 manqadan ibarət olur. Bu qrupun əsas fəzifəsi – zədələnmə ocağının hüdudlarını, dağıntıların xarakterini və miqdarını, radiasiyanın səviyyəsini, zəhərləyici maddələrin və bakterioloji vasitələrin növünü müəyyən etməkdir. Kəşfiyyat bölmələri yanğınların yerini və ölçülərini, dağılmış və zədələnmiş binaların, sığınacaqların və daldalanacaqların vəziyyətini müəyyənləşdirir, texnika və nəqliyyatın hərəkəti üçün yararlı marşrutlar tapır. Yaralılar olduğu barədə məlumat toplayır və başqa işləri icra edir.
Dostları ilə paylaş: |