Zərərsizləşdirici komanda 2- 4 qrupdan ibarət olub ərazini, tikintiləri və texnikanı zərərsizləşdirmək üçün nəzərdə tutulur. Bir iş növbəsində 350-600 min m2 sahəni v ya 80- 120 min m2 tikintini deqazasiya edə bilər.
Sanitar drujinaları dəstəsi 4 – 5 sanitar drujinasından ibarətdir və kütləvi zədələnmə ocağında zərər çəkmiş adamlara ilk tibbi yardım göstərmək üçün nəzərdə tutulur. Dəstənin şəxsi heyəti bir iş növbəsində 2200 – 2700 şəxsə ilk tibbi yardım göstərə bilər. Dəstə zədələnmə ocağında MM-nin xilasedici bölmələri ilə birgə işləyir.