Ramazan bayramı münasibətilə xeyirxah aksiyaya start verildi
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2011-2015-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
Bununla əlaqədar olaraq, 07-08 iyul 2014-cü il tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsi, Gənclər Komitəsi, və Könüllülərin təşəbbüsü, Sumqayıt şəhər bölməsinin, Nərimanov və Nizami rayon bölmələrinin təşkilatçılığı, PakDad restoranlar şəbəkəsinin dəstəyi ilə Sumqayıt, Nərimanov və Nizami rayonlarında yaşayan tənha, kimsəsiz qocalar və əlillər üçün Ramazan bayramı münasibətilə xeyirxah aksiya təşkil olundu. Aksiya 07-08 iyul tarixlərində həmin qocaların öz evlərində reallaşdı. Tədbirdə 50 nəfər qoca və əlillərə Pakdad restorani tərəfindən təkər üstə isti xörək və ərzaq yardımı verilmişdir. Eyni zamanda Pakdad restoranının və Sumqayıt ŞB-nin rəhbərliyi tərəfindən 5 nəfər qocaya həkim tərəfindən yazılmış dərmanlar alındı, 2 nəfər isə xəstəxanaya yerləşdirildi.
Öz növbəsində isə hər bir qoca və əlil Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, PakDad restoranlar şəbəkəsinin rəhbərliyinə və əməkdaşlarına, könüllülərə təşkil olunmuş aksiyaya görə öz təşəkkürlərini bildirdilər.Biz də Qızıl Aypara Cəmiyyəti olaraq PakDad restoranlar şəbəkəsinin rəhbərliyinə və əməkdaşlarına öz təşəkkürümüzü bildiririk.Qeyd edək ki, tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi və əməkdaşları, PakDad restornlar şəbəkəsinin rəhbərliyi və əməkdaşları , Sumqayıt şəhər bölməsinin, Nərimanov və Nizami rayon bölmələrinin əməkdaşları və könüllülər iştirak etmişdilər.