Rastr adlanır. Rastr Qrafikasını üstünlüyü



Yüklə 286,03 Kb.
Pdf görüntüsü
tarix14.12.2023
ölçüsü286,03 Kb.
#178753
3 Kompüter qrafikası nəzəriyyə



Kompüter qrafikası
Rastr Qrafika
Ekranda görüntünün eyniölçülü çox kiçik 
nöqtələrdən – piksellərdən
formalaşdığını bilirsiniz. Ekranda görüntünü əmələ gətirən nöqtələrin 
düzbucaqlı şəbəkəsi
 rastr
adlanır. 
Rastr Qrafikasını üstünlüyü. 
 
Rastr qrafikası, demək olar ki, kifayət qədər mürəkkəbliyə və dəqiqliyə malik 
rəsmlər yaratmağa imkan verir. Bu, rastr görüntülərin başlıca üstünlüyüdür. 
Rastr qrafikanın çatışmamazlığı
Birincisi
, yüksək çözümlülüyə malik rastr görüntülərin həcmi çox böyük olur. 
Rasr qrafik obyekti emal etmək və göndərmək kifayət qədər vaxt alır.
İkincisi,
rastr görüntüləri böyüdüb-kiçildən zaman çətinliklər yaranır. Belə ki, 
miqyası böyüdəndə rastr elementləri görünür və nəticədə görüntü təhrif 
olunur. 
Rastr qrafika ilə işləmək üçün aşağıdakı proqramlar mövcuddur.
PaintNET,
Corel Painter,
Adobe PhotoShop,
Corel PHOTO-PAINT,
PaintNET, GIMP,
TuxPaint,
StarOffice Image 
Kompyuter qrafikasında təsvirlərin mühafizəsi üçün çoxlu sayda fayl 
formatları tətbiq edilir. Rastr təsvirlər üçün aşağıdakı fayl formatları istifadə 
edilir: 
• Tiff
(faylın genişlənməsi .TİF) - Bu fayl formatında heç bir sıxılmadan 
istifadə edilmir. Peşəkar dizaynerlər yüksək keyfiyyətli təsvirlərin 
saxlanılması zamanı istifadə edirlər. 


• JPEG
(faylın genişlənməsi .JPG) - Təsvirin sıxılması vacib olduqda bu 
formatdan istifadə olunur. Təsvirin 10 dəfələrlə sıxılmasını həyata keçirir. 
• GİF
- Bu format rəng çalarlarının dəfələrlə azaldılmasına imkan verir. 
İnternet üçün nəzərdə tutulmuş formatdır. 
• PNG - GİF
ilə demək olar ki, analoji olan, pulsuz formatdır. 
• BMP -
Paint proqramında yaradılan keyfiyyətli təsvir formatıdır. 
• PSD - 
Adobe PhotoShop proqramının xüsusi formatıdır. Bu formatda 
sıxılma üsulu yoxdur. 
 
Vektor qrafika
Vektor redaktorlar Vektor təsvirin minimal obyekti 
xətt
hesab olunur. Vektor 
qrafikada təsvirlər düz xətlərdən, qövslərdən, çevrələrdən, ellipslərdən, 
düzbucaqlılardan, eyni və müxtəlif rəngli oblastlardan qurulur. Bunları 
“primitivlər” adlandırmaq qəbul edilmişdir. 
Vektor qrafikasnın üstünlükləri. 
• Kifayət qədər mürəkkəb təsvirlər yaratmaq mümkündür. 
• Yaddaşa qənaət edir.
• Öçlüsünün dəyişməsi keyfiyyətə təsir etmir.
• Emal etmək və göndərmək daha sürətlidir. 
Vektor qrafikasında istifadə edilən proqramlar
.
CorelDRAW,
Adobe Illustrator,
Adobe Freehand,
Inkscape,
OpenOffice.org Draw,
Skencil 
 


Fraktal qrafika- 
Riyazi düstürlar əsasında qurulan mücərrəd təsvirlər

 
Üç ölçülü qrafika.
Üçölçülü kompüter qrafikasının yaradılması prosesini 
üç əsas mərhələyə
ayırmaq olar:
1. 3D-modelləşdirmə adlandırılan
birinci mərhələdə obyektin modeli – 
forması yaradılır.
2. Tərtibat və animasiya adlandırılan
ikinci mərhələdə obyektlərin hərəkəti 
və bir-birinə nəzərən yerləşməsi təsvir olunur.
3. Nəhayət, renderinq adlandırılan
üçüncü mərhələdə obyektin yekun 
obrazı yaradılır. 
Virtual obyektləri modelləşdirən və onların əsasında təsvirin modelini yaradan 
proqramlara:
 AutoDesk 3D Studio Max, Maya, Cinema 4D, Softimage 
XSI, Rhinoceros 3D, ZBrush, Newtek Lightwave və s. aid etmək olar. 
 
Avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD – Computer Aided 
Desing sistemləri)
əsasən layihə-konstruktor işlərinin avtomatlaşdırılması 
üçün istifadə edilir. CAD sistemləri əsasən arxitektura, maşınqayırma, 
cihazqayırma sahələrində tətbiq edilir. CAD sistemlərinə AutoCAD, 
ArchiCAD, OrCAD, MathCAD və s. proqramları aid etmək olar. 
Qeyd: 
• Tam rənglər- RGB- Kompüter qrafikasında istifadə olunur 
• Tamamlayıcı rənglər- CMYK- çap işləri zamanı istifadə 
olunur 

Yüklə 286,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin