D vitamini orqanizmə günəş şüaları vasitəsilə də daxil olur. Bu vitamin dəridə günəş şüaları təsiri altında provitaminlərdən əmələ gəlir. Günəş şüasının defisiti məlum olduğu kimi, endogen D vitamininin 90 faizi dəridə sintez olur. Bunun üçün dalğa uzunluğu 290-315 mm olan ultrabənövşəyi şüaların dəriyə çatması lazımdır. 1,5 yaşlı uşağın əllərinə və sifətinə 1saatlıq günəş şüasının toxunması nəticəsində əmələ gələn D vitamini bir həftəyə kifayət edir. D vitamini həmçinin, pendir, yumurta, kərə yağı, süd və digər ağartı məhsulları, qaraciyər, balıq, balıq yağında da mövcuddur