Raxit Mirzəyeva Ləman 218a8a


Raxit xəstəliyi dərəcələri



Yüklə 1,51 Mb.
səhifə9/9
tarix02.01.2022
ölçüsü1,51 Mb.
#44593
1   2   3   4   5   6   7   8   9
uxp sərbəst iş

Raxit xəstəliyi dərəcələri


1-ci dərəcəli — (yüngül) sinir və əzələ sistemin tərəfindən müəyyən dəyişikliklər müşahidə olunur.

• 2-ci dərəcəli — (orta) sümük, əzələ, sinir, qanyaradıcı sistem tərəfindən nəzərə çarpan dəyişikliklər əmələ gəlir. Daxili orqanların funksiyaları mülayim dəyişilir, dalaq və qaraciyər azca böyüyür, anemiya əmələ gəlir.

• 3-cü dərəcəli — (ağır) mərkəzi sinir sistemi, sümük, əzələ sistemi, daxili orqanlar tərəfindən nəzərə çarpan dəyişikliklər ortaya çıxır.

Müalicə


Müasir biliklərə əsasən  D3 vitamininə üstünlük verilməlidir (effekti D2 vitaminindən daha yaxşıdır).

Raxitin profilaktikası üçün tövsiyə edilmiş yaşa uyğun gündəlik dozaya əlavə olaraq 50 µq/gün (= 2 000 vahid/gün) terapevtik dozada D3 vitamini verilməlidir.

Eyni zamanda adekvat dozada kalsium təyin edilməlidir. Bu uşağın gündəlik olaraq 0.5 litr və daha çox miqdarda süd qəbul etməsi ilə əldə edilir. Kalsium qəbulu kifayət deyilsə xəstəyə oral kalsium preparatları təyin edilməlidir. Bu preparatlar ən azından 2 həftə müddətinə 4 dəfəyə bölünmüş şəkildə  50 mq/kq/gün dozada verilməlidir. 2 həftədən sonra dozalanma ilkin cavaba əsasən təyin edilməlidir.

Simptomatik hipikalsiemiyanın müalicəsi mütəxəssisin müdaxiləsini tələb edir.


Müalicəyə cavab hər zaman plazmada kalsium, fosfor və qələvi fosfatazanın səviyyəsinin ölçülməsi ilə yoxlanılmalıdır. 2 həftədən sonra (sümük metabolizminin sürətli olması səbəbi ilə qələvi fosfataza səviyyəsi hələ də yüksək qala bilər) 3 aydan sonra (həmçinin paratiroid hormon konsentrasiyası təyin edilməlidir). Müalicə başlanandan 3-6 ay sonra biləyin rentgeni çəkilir. D vitamin ilə müalicə effekt verməzsə raxitin digər nadir formalarını araşdırmaq üçün əlavə müayinələr etmək lazımdır.


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin