D vitamininin sümük quruluşunun inkişafında xüsusi rolu var. Körpələr və 5 yaşına kimi uşaqlar üçün D vitamini ayrı bir əhəmiyyət daşıyır. Vitamin qanda mineralların, kalsium, fosforun səviyyəsini artırır və onların sümük toxumalarına ötürülməsini təmin edir.D vitamininin diş və sümüklərin inkişafında rolu çox böyükdür. Bu vitamin sümükləri qüvvətləndirir və möhkəmləndirir, normal böyüməsini, minerallaşmasını təmin edir
Raxit xəstəliyinin əmələ gəlməsində əsas etioloji amil südəmər uşağın D vitamininə olan gündəlik tələbatının ödənilməməsidir. Bu tələbat uşağın yaşından, qulluqdan, qidalanma növündən, günəş şüalarından, mövsümdən, iqlimdən asılı olaraq müxtəlif olur. Yaxşı inkişaf edən, ana südü ilə qidalanan, düzgün qulluq olunan uşaqların D vitamininə tələbatı gündəlik olaraq 100-400, yarımçıq doğulmuşların 800-2000 BV, süni qidalananlarınki isə 1000 BV-dir. Ancaq tez-tez xəstələnən, tez boy atan, müxtəlif mədə-bağırsaq pozğunluqları olan, tünd dərili uşaqların D vitamininə olan tələbatı çoxdur