Müalicə üçün rəng seçək.
QIRMIZI. Bu işıq gərginliyi aradan qaldırır. Stolüstü lampanın üstünə qırmızı yaylıq atıb, 20
dəqiqə divanda uzanmaqla yorğunluğunuzu götürə, həyat gücünüzü bərpa edə bilərsiniz. Bundan
başqa, qırmızı işıq orqanizmdəki zəhər və tullantıların xaric olmasına təsir edir.
HALOGEN lampaya yaxşı olar ki, diqqətlə baxmayasınız. Bu lampada gözlər üçün ziyanlı olan
ultrabənövşəyi şüalar var.
GÖY rəng yüksək hərarətverici qüvvəyə malikdir. Soyuqdəymə zamanı göy rəngli gecə
lampasını, yaxud göy işıqlı lampanı xəstənin yatdığı otaqda yanına qoymaq lazımdır. Bununla
temperatur tezliklə aşağı düşəcək. Bir çoxları bilir ki, qulaq ağrısı və haymorit zamanı göy işıqdan
istifadə olunur və bununla ağrı kəsilir. Stomatologiyada göy işıqla plombu bərkidirlər.
Əgər gümrahlığınızı tez bərpa etmək istəyirsinizsə, onda sizə SARI işıq lazım olacaq. Bundan
başqa, bu işıq iştahanı artırır, şişmiş dalağın kiçilməsinə kömək edir, ürəyi möhkəmləndirir və qanda
şəkərin miqdarını normallaşdırır.
SARI işıq həzmetməni yaxşılaşdırır, əsəb, endokrin sistemlərini möhkəmləndirir, mədəni
stimullaşdırır, möhkəmləndirir. Mədə-bağırsaq pozulmaları zamanı demək olar ki, sarı işıqdan istifadə
olunur. Bu işıq açıq yaşıl və mavi rənglərlə sintezi diş həkiminin qəbulunda olan pasiyentin
qorxusunun azalmasına kömək edir.
Dostları ilə paylaş: |