Rbaycan respubl


İŞİN YERİNƏ YETİRİLMƏ QAYDASI



Yüklə 460 Kb.
səhifə2/3
tarix13.04.2022
ölçüsü460 Kb.
#55259
1   2   3
Laboratoriya isi N3

İŞİN YERİNƏ YETİRİLMƏ QAYDASI
1. Mexaniki ölçü cihazlarının quruluşu və bunlarla ölçülmə qaydaları ilə taniş olmalı.

2. Nəzarət edilən detalların ölçülməsini həyata keçirməli və onların yararlığı haqqında nəticə çıxarmalı.


MEXANİKİ ÖLÇÜ CİHAZLARI
Mexaniki ölçü cihazlarına dişli, lingli-dişli, lingli və lingli-yivli ötürməli cihazlar daxildir. Bu cihazlarla ölçmə kontaktlı və nisbi ölcmə üsulları ilə aparılır.

Dişli ötürməli ölçən cihazlara saat tipli indikator daxildir. Bölgü qiyməti 0,01 mm olan indikatorlu başlığın ümumi görünüşü və onun quruluşunun prinsipial sxemi şəkil 1- də göstərilmişdir.

Oxboyu hərəkəti fırlanma hərəkətinə çevirən ölçü çubuğunun 1 üzərində dişli tamasa açılmışdır ki, bunun yerdəyişməsi nəticəsində 2 kiçik və 3 böyük dişli çarxları və daha sonra 4 dişli çarxının təsiri ilə indikatorun əqrəbi dönür. 5 yayı 200-ə qədər ölçmə qüvvəsi yaradır.

Böyük siferblatın 6 üzərindəki bölgülərin sayı 100-ə bərabərdir. Hər bölgünün qiyməti 0,01 mm-dir. Balaca siferblatın 7 göstəricisi böyük siferblatın əqrəbinin hərəkəti ilə yaranan dövrlər sayını göstərir. Yəni böyük əqrəb bir tam dövr etdikdə kiçik əqrəb bir bölgü gədər hərəkət edir.




Şəkil 1.
Ş əkil 2–də bölgü qiyməti 0,02 mm olan lingli-dişli ölçü başlığının prinsipial sxemi göstərilmişdir.



Şəkil 2

Ölçü çubuğunun 1 yerdəyişməsi lingin kiçik çiyninin dönməsinə gətirib çıxarır. Linginin 2 böyük çiyni dişli sektoru 4 olan lingə 3 təsir edir. Sektor 4 üzərində cihazın əqrəbi 5, kiçik dişli çarx 6 ilə birgə dönür. Cihazın şkalasının sıfır, müsbət və mənfi bölgü nişanları vardır. Ölçmə qüvvəsi yay 7 vasitəsilə yaradılır. Ölçmə aparıldıqdan sonra əqrəb 5 xüsusi yay 8 vasitəsilə əvvəlki vəziyyətə qayıdılır.




Yüklə 460 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin