Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə112/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   108   109   110   111   112   113   114   115   ...   298
 
 
85 
nənlərin tədris fəaliyyəti, onların sərbəst fəaliyyəti və s. elə təşkil edilməlidir ki, təhsildə müx-
təlif fəaliyyətlərin məzmununu əhatə edən xüsusi sənəd meydana çıxsın. Bu sənədin özəlliyi 
onda olmalıdır ki, o, təlimin məzmununu, strategiyalarını, qiymətləndirmə mexanizmlərini və 
sairi birləşdirməklə konseptual xarakter daşısın [1]. Bu sənəd bütün resursların yaradılmasın-
da,  təlim  prosesinin  təşkili  və  aparılmasında  baza  rolunu  oynasın  və  dərslikləri  tərtib  edən-
lərdən  başlayaraq  ta  təlim  prosesində  qiymətləndirmə  ilə  məşğul  olan  bütün  mütəxəssislərə 
qədər  insanların  fəaliyyətini  istiqamətləndirsin.  Bütün  bunların  hamısı  yeni  təlim  mühitinin 
formalaşması ilə nəticələnir. Bu mühit təhsil alanların fəallığı şəraitində yaranan pedaqji mü-
hitdir. Artıq neçə illərdir ki, fəal təlim problemi həyata keçirilməyə başlamışdır. Hamıya mə-
lumdur ki, təlimin ənənəvi məzmunu müəllimin yaradıcı fəaliyyətini, onun istiqamətverici ro-
lunu,  öyrənənlərin  daha  müstəqil  fəaliyyət  göstərmələrini,  təşəbbüskarlığını  və  s.  genişlən-
dirmək  baxımından  kifayət  qədər  imkanlara  malik  deyildir.  Lakin  demokratik  və  humanist 
prinsiplər əsasında formalaşdırılan  yeni  yanaşmalar müəllimlərin və  təhsil  alanların proqres-
siv  fəaliyyətinə  imkan  yaratmaq,  ona  istiqamət  vermək  baxımından  fərqlənir.  Ona  görə  də 
müəllimlər  ilkin  olaraq  yeni  yanaşmaların  tərkib  hissəsi  kimi  məzmun  standartlarının  əhə-
miyyəti  və  rolu,  məzmun  və  strukturu  haqqında  zəruri  anlayışlara  malik  olmalı,  standartlar 
əsasında təlim işinin planlaşdırılmasna aid bacarıqlara yiyələnməlidirlər [2]. Bu zaman öyrə-
nələrdə  anlama, tətbiq, analiz, sintez, dəyərləndirmə kimi  idrak qabiliyyətlərinin formalaşdı-
rılmasına, mənimsənilməsinə üstün yer ayrılması diqqət mərkəzində saxlanılmalıdır. Araşdır-
malar  göstərir  ki,  təhsil  sahəsində  həyata  keçirilən  islahatlarda  prioritet  istiqamətlər  üzrə 
fəaliyyətləri günün tələbləri səviyyəsində qurmaq üçün onun didaktik, nəzəri,pedaqji-psixoloji 
əsaslarının  işlənilməsinə  və  qabaqlyıcı  intensiv  araşdırılmaların  aparılmasna  böyük  ehtiyac 
var. 
Müasir dövrdə öyrənənin gələcəkdə elm və informasiya tutumlu cəmiyyətdə müvafiq 
yer tutması üçün tədris-təlim  prosesində onlarda hansı  kompetensiyaların formalaşdırılması-
nın  qabaqcadan  müəyyən  edilməsi  xüsusi  əhəmiyyət  daşıyır.  Belə  göstəricilərin  formalaş-
dırılmasında, inteqrativ xarakter kəsb edən tənqidi təfəkkürün inkişafında müstəsna rol oyna-
yan  fəal  təlim  metodlarından,  yeni  yanaşmalardan  təhsil  sistemində  istifadə  öz  aktuallığı  ilə 
seçilir.  Öyrənənlərdə  tələb  olunan  keyfiyyətləri  formalaşdırmaq  üçün  aşağıdakı  məsələlərin 
həyata keçirilməsi təmin olunmalıdır: 
a) Qabaqcadan planlaşdırılmış və inkişafa şərait yaradan tədris-təlim prosesinin qurul-
ması; 
b) Təlimin məzmununun dəyişdirilməsi və yeniləşdirilməsi istiqamətində aparılan işlə-
rin dəstəklənməsi
c)  Öyrənənlərdə  formalaşmış  səriştəlilik  səviyyəsinin  ölçülməsini  təmin  etmək  məq-
sədilə psixoloqların fəaliyyət istiqamətlərinin genişləndirilməsi; 
ç) Milli təhsil sistemində keyfiyyət göstəricilərinin nəticələrindən istifadənin səmərəli-
liyinin artırılması.  
Ona görədə müasir dövrdə təhsilin məzmunu, pedaqoji prosesin təşkili elə qurulmalı-
dır ki, təhsil sistemində gedən islahatlara dair dövlət siyasətinə və tədris prosesinin modern-
ləşdirilməsi tələblərinə cavab verə bilsin. Bu səbəbdən təhsil sisteminin müasir problemlərinin 
fəlsəfi,  pedaqji,  psixoloji  aspektləri  qarşılıqlı  əlaqədə  və  vəhdətdə  öyrənilməli,  milli-mənəvi 
dəyərlərin prioritetliyi və vəhdəti gözlənilməlidir. 
Müasir cəmiyyətdə kamil insan, şəxsiyyət hazırlığı prosesində əldə edilmiş biliklər sis-
temi əmək fəaliyyətinin bütün dövrü üçün kifayət etmir. Elmi-texniki inqilab əsrində biliklər 
çox  tez  “köhnəlir”,  mütəxəssisə  lazım  olan  biliklərin  əksəriyyəti  5-6  ildən  sonra  öz  aktual-


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin