Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə137/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   133   134   135   136   137   138   139   140   ...   298
 
 
105 
təxəsislərin xalq təsərrüfatına qazandırılması üçün dünya təcrübəsinin nəzərdən keçirilməsini 
də aktuallaşdırdı. Ölkədə bazar iqtisadiyyatının gətirdiyi yeniliklər bununla məhdudlaşmırdı. 
İnkişaf etmiş ölkələrin bu sahədə müsbət təcrübəsinin öyrənilməsinin yollarından biri 
kimi  müəllimlərin  stajkeçmə,  müəllim-agird  mübadiləsinə  cəlb  olunması  üçün  proqramlar, 
layihələr hazırlamaq tələb olunur, dayanmadan bu tədbirlər həyata keçirilir, bu yolla çoxsaylı 
yerli təlimatçılar hazırlığı proqramda öz yerini almağa başladı. Fasiləsiz təhsil sisteminin bü-
tün pillələrində peşəkarlığın təşviqi dövlət və özəl sektorda işəgötürğnlə işaxtaranlar arasında 
məlumatlandırma, dialoq, səriştəlilik və ən başlıcası “Əmək müqaviləsi“, ”Əmək haqqı” və s.  
məsələlər öz  normativ hüquqi həllini gözləyirdi.   
Texniki  –  peşə  təhsili  müəssisələrinin  maddi-texniki  bazasının  yenidən  qurulması, 
proqram  və  dərsliklərin  hazırlanması,  dərslərdə  İKT-nin  imkanlarından  istifadə  ciddi,  mər-
hələli şəkildə həyata keçirilməyə başladı. 
Dünya təcrübəsinin öyrənilməsi yolunda atılan addımlardan biri də təkcə peşəyönümü 
ilə  bağlı  olmayıb  birbaşa  sosial  məğulluq  probleminin  həlli  yollarını  aramaqla  bağlı  oldu. 
Dövlət sosial məşğulluq Mərkəzi bu sahədə də öz fəaliyyətini genişləndirmiş oldu. Belə ki, bu 
mərkəz  ölkədə  əmək  bazarının  tələbatını  izləməklə  yanaşı  beynəlxaq  konfrans  və  sərgilərdə 
yaxından iştirak etməklə mütəxəssis, peşəkar hazırlığına dünya təcrübəsi prizmasından yanaş-
mağı bacardı. 
Bütün  bunlar  ölkədə  peşəyönümü  və  sosial  məşğulluq  probleminin  həllinə  fasiləsiz, 
çevik  və  elmi-iqtisadi  inkişafın  sürətinə  uyğynluq  baxımından  yanaşmanın  zəruriliyi  aşkara 
çıxarmış oldu. 
Əhalinin məşğulluğunun əsaslı şəkildə gücləndirilməsi üçün ilk dəfə Bakıda keçirilən 
“Əmək birjası” yaradıldı (10 may 1999) 
İşsizliklə  mübarizə,  işaxtaranların  problemlərinin  həlli  məqsədilə  daha  bir  yenilik 
əmək  yarmarkalarının  təşkili  oldu.  2007-ci  ildən  başlayaraq  ölkənin  iri  yaşayış  məntəqələri 
kimi Bakı, Gəncə, Мingəçevir şəhərlərində “Əmək yarmarkaları“ keçirilməyə başladı. 
Dövlətin sosial məşğulluqla bağlı planlaşdırılmış, fasiləsiz tədbirlərindən biri də ayrı-
ayrı rayon və bölgələrdə “Əmək birjaları”nın  təşkili oldu. Bu tədbirlər Naxçıvan, Sumqayıt, 
Gəncə, Mingəçevir şəhərlərində  təşkil edilməklə  müxtəlif bölgələrdə,  buralara  yaxın  yaşayış 
məntəqələrində əhalinin işsiz təbəqələri ilə əlaqələrin yaradılması, iş yerlərinin əlçatan olma-
sını nəzərdə tuturdu. 
“Əmək  yarmarkası”, ”Karyera sərgisi” kimi  tədbirlər çox mühüm sosial-iqtisadi ma-
hiyyəti  ilə  əhalinin  müxtəlif  təbəqələrinin,  o  cümlədən  iş  imkanları  məhdud  sosial  qrupların 
işlə təminatının reallaşdırılmasına xidmət edir. Bu tədbirlər sosial məşğulluğun mühüm fak-
torları kimi  həm də vətəndaş cəmiyyətinin formalaşmasında rolu olan “sağlam ictimai rəyə” 
ünvanlanmışdır.  Sosial  məşğulluğun  təmin  olunması  ictimai-siyasi,  iqtisadi  sabitliyin  hökm 
sürməsi  zəminində  formalaşan  sosial  qrupların  müvafiq  iş  tapmaqda  çətinliklərini  aradan 
qaldırar, mütəşəkkil, məqsədyönlü sosial məşğulluğun önü açılmış olar. 
Bu  tədbirlər  gənc  mütəxəssislərin  iş  yerlərinə  istiqamətləndirilməsi,  yüksək  səviyyəli 
peşəkarlara  olan  ehtiyacın  ödənilməsinə  xidmət  edər.  Təhsil  İslahatının  gedişində  fasiləsiz 
təhsil pillələri və təlimin səviyyəsinin yüksəldilməsi, həyati bacarıqlara əsaslanan təhsilin nə-
ticələri peşə maarifi, peşə seçimi və sosial məşğulluğun təminatına öz töhfələrini vermiş olar. 
Bütün  bunlar  gənclərin  gələcək  karyera  addımlarını  daha  məqsədyönlü  atmalarına  kömək 
edər. 
ƏƏSMN-nin Baş Məşğulluq İdarəsinin rəhbərliyi və nəzarəti altında keçirilir. Bu xid-
mət işəgötürənlə işaxtaranlar arasında ən etibarlı və davamlı əlaqənin  yaradılmasını bir daha 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin